Avropa Mədəniyyəti

Koningsdag - Niderlandda Kral Günü

2019/04/26 / 353

Kralın rəsmi ad günü (Krallar Günü, Koningsdag), Niderlandda 27 Aprel tarixində kral ailəsi üçün şənliklər, küçə yarmarkaları, konsertlər və xüsusi tədbirlər ilə hər il qeyd olunur.

Kralın ad günü dövlət bayramıdır. Bu, ümumi əhali üçün bir gündür, məktəblərin çoxu bağlanır. 2019-cu ildə bu gün şənbə günü təsadüf edir.

Bir çox şəhərlər, xüsusilə Amsterdam, Arnhem, Utrext və Haaqada Kral Günü şənlikləri bir gün əvvəl axşamdan başlayır. Bəzi şəhərlər və şəhər mərkəzlərində ikinci əl malları və Kral Günü temalı məhsulları satmaq üçün dəzgahlar qurulur.

Kral Günündə rəsmi musiqi nümayişləri əks etdirilir. Bir çox insanlar  "Het Wilhelmus" mahnısını ifa edirlər. Bu, 1574-cü ildə yazılmış bir şeirdir və Uilyamın (William the Silent) həyatını və Hollandiyalılar üçün etdiyi mübarizəni təsvir edir. Bu şeir Uilyamın Hollandiyalılara özünü tanıtması kimi yazılmışdır. Başqa versiyaları da Kral Günü tədbirlərində və radio stansiyalarında qruplar tərəfindən ifa olunur.

Hər il kral ailəsi Krallar Günündə bir və ya bir neçə yerə səfər edir. Yerli tarixi hadisələr ətrafında nümayiş və çıxışlarla əylənirlər. Kral ailəsi üzvləri ümumiyyətlə oyunlarda iştirak edir və onları görmək üçün çıxan minlərlə insanı salamlayırlar.

Kral Günü Niderlandda rəsmi bayramdır. Banklar, poçt şöbələri və bir çox müəssisə bu gün bağlanır. Mağazaların açılma müddəti dəyişir. Bəzi mağazalar hər zamanki kimi açıq olur, bəziləri günün bir hissəsi üçün açıq, bəziləri isə gün boyu bağlı olur. İctimai nəqliyyat normal və ya xüsusi cədvəllərdən ibarətdir və insanların böyük şənliklərdən evə getməsi üçün əlavə qatarlar xidmət göstərir. Restoranlar hər zaman olduğu kimi açıqdır və ya yalnız xüsusi "Kral Günü" yeməyinə xidmət edə bilər. Kafelər və restoranlar adi haldan daha tez bağlana bilər.