Yalnız paytaxt və iri şəhərlər mədəniyyət və turizm mərkəzi olaraq iqtisadi cəhətdən müstəqil ola bilməzlər. Kiçik şəhərlərin də inkişaf üçün bütün şansları var. Ən başlıcası – əldə olan potensialı görmək və bunu düzgün istifadə etməkdir.

“Şərq Tərəfdaşlığı” ölkələrinin altı regionunda həyata keçirilən və ötən il başa çatan “Kreativ şəhər və regionlar” pilot layihəsi də məhz buna istiqamətlənib.

Layihə Avropa İttifaqı (Aİ) və “Şərq Tərəfdaşlığı”nın “Mədəniyyət və kreativlik” proqramı çərçivəsində British Council-ın təşkilatıçılığı, Aİ-nin maliyyələşdirilməsi ilə həyata keçirilib.