Avropa Azərbaycanda

Kiçik otaqdan dünyanı fəth edən - Sofar Sounds

2019/02/14 / 491

2009-cu ildə Londonda, Rafe Offer tərəfindən qısa müddət sonra qlobal bir layihənin əsasını qoyacaq ev konserti keçirildi. Bir qrup dost içkilərini götürüb döşəmədə əyləşir və bütün diqqətini musiqiyə verərək anın dadını çıxarırdılar. Möhtəşəm Sofar Sounds layihəsi belə kiçik bir otaqda başlayıb və  bu gün dünyanın 80 ölkəsində, 427 şəhərində fəaliyyət göstərir. Sofar adının açıqlaması da budur: Songs from a room - otaqdan gələn səslər.

Sofar musiqi hərəkatının əsas məqsədi istedadlı və müəyyən bir kütlədə tanınan musiqiçiləri, öz auditoriyası ilə görüşdürmək və musiqinin yolunu açmaqdır. Sofar Sounds konsepti digər konsertlərdən bir az fərqlidir.


Belə ki, konsertin elanı verilən zaman musiqiçilər və konsertin keçiriləcəyi məkan barədə heç bir məlumat verilmir. Yalnızca zaman bəlli olur. Elə buna görə də, Sofar yığıncaqları gizli ev konsertləri adlanır. Yalnız təstiq e-maili almış şəxslərlə əlaqə saxlanılaraq konsertdən bir gün əvvəl konsertin keçiriləcəyi məkan və çıxış edəcək musiqiçilər açıqlanır.

Və konsertdə iştirak, yalnız Sofar Sounds saytında qeydiyyatdan keçdikdən sonra, yaş, gender, konsertlərdə daha əvvəlki iştirak və s. kimi detallar nəzərə alınmaqla təsadüfi üsulla seçim əsasında mümkündür.


Sofarda hər kəs içkilərini götürür, döşəmədə xalçalar üzərində əyləşir və tam diqqətini musiqiyə yönəldir.
Sofar 2016-cı ildə Rəşad Nəzərli tərəfindən rəsmi icazə ilə Bakıya gətirilib və bir qrup yaradıcı gənc tərəfindən uğurla davam etdirilir. Konsertlər hər ay ev mühitini özündə birləşdirən fərqli məkanlarda keçirilir, ən son Barbershop-da baş tutan 13-cü konsert kimi.


Sofar Baku platformasında Şəhriyar İmanov, Cavan Zeynallıdan Prometeyə, Dihajdan The Half , Ahmedowsky Trio, DəDəBaba, Darvish Band, Elvina, Free from Four qrupuna qədər istedadlı və sevilən musiqiçilər çıxış edib.



Növbəti isə daha da maraqlı olacaq!....