Müsabiqələr

Jurnalistlər və festival tamaşaçıları üçün müsabiqə

2017/11/06 / 175

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi mədəni tədbirlərin tamaşaçılarını və jurnalistləri 2018-ci ilin fevralında Berlin Film Festivalına səyahət qazanmaq üçün müsabiqədə iştirak etməyə dəvət edir. Şərtlər aşağıda göstərilib.

İctimaiyyət üçün İnşa Müsabiqəsi:

IMAGINE Avropa Tolerantlıq Festivalı and Avropa Film Festivalının qonaqlarını "IMAGINE Avropa Tolerantlıq Festivalı və Avropa Film Festivalı tolerantlıq və ya mədəni müxtəliflik barədə mənim təəssuratlarımı necə dəyişdi" mövzusunda inşa yazmağa və 2018-ci ilin fevralında Berlin Film Festivalına bizdən səyahət paketi qazanmağa dəvət edirik. İnşa maksimum 350 sözdən ibarət olmalıdır. Qalibə 2018-ci ilin fevral ayında Berlin Film Festivalına səyahət təklif ediləcəkdir. Inşa 30 noyabr 2017-ci ilədək "İnşa Müsabiqəsi" adı ilə DELEGATION-AZERBAIJAN@eeas.europa.eu elektron poçtuna göndərilməlidir. İnşa ingilis dilində yazılmalıdır. Hər namizəd yalnız bir inşa göndərə bilər. Aİ Nümayəndəliyi alınmış inşaları öz Facebook səhifəsində yerləşdirmək hüququnu özündə saxlayır.

Jurnalistlər üçün "Ən yaxşı mətbuat işi" müsabiqəsi:

İkinci müsabiqə jurnalistlər üçün elan olunur. Avropa Film Festivalı barədə nəşr olunan ən yaxşı mətbuat işi seçilərək mükafatlandırılacaqdır. Qalib gələn məqalənin müəllifinə 2018-ci ilin fevral ayında Berlin Film Festivalına səyahət təklif ediləcəkdir. Məqalənin linki, skan edilmiş surəti və ya reportajın video/audio yazısı 30 noyabr 2017-ci ilədək "Jurnalistlər üçün Müsabiqə" adı ilə DELEGATION-AZERBAIJAN@eeas.europa.eu elektron poçtuna göndərilməlidir. Aİ Nümayəndəliyi alınmış məqalələri öz Facebook səhifəsində yerləşdirmək hüququnu özündə saxlayır.

Uçuş bileti, yaşayış xərcləri və gündəlik xərclər, eləcə də Festivala biletlər Aİ Nümayəndəliyi tərəfindən ödəniləcəkdir.