Muğamla bağlı ilk təəssüratlarınız barədə nə deyə bilərsiz?

Mənim muğamla ilk tanışlığım Alim Qasımovun ifası ilə, neçə il bundan öncə başlayıb. İlk dəfə muğamı dinləyərkən mənə bəlli olmayan emosiya dolu anlar yaşadım. Mən həqiqətən nə baş verdiyini anlamırdım. Belə bir musiqi, tonallıq, vokal texnikası, lirika və musiqi alətləri mənə tamamilə yad idi. Amma bu çox xoş bir hiss idi, mən sanki yeni nəfəs -faciəvi və eyni zamanda canlı ritmi hiss edirdim. Və mən belə  qərara gəldim ki, muğamla yeni ilham mənbəyinin axtarışına çıxmalıyam.

 

İfalarınız içində öz lirikası ilə diqqətinizi çəkən mahnı varmı?

Bilirsinizmi, mən əlbətdə ki, azərbaycan dilini bilmirəm, amma Qoçaq Əsgərovla ümumi dil tapmağa çalışırıq ki, bu dil də mənəvi dildir. İfa etdiyim mahnıların mənasını başa düşürəm, çünki  hamısı mənə tərcümə olunub. Biz metafor və obrazlarla işləyir ki, hansı ki, insan təxəyyülünü uzaqlara aparır. Və biz hər bir dinləyicinin öz orijinal süjet xəttini təxəyyül etməsini istəyirik.

 

“Muğam Qəlbləri” -albomun adı ilə bağlı nə deyə bilərsiz?

Bizi ilk gündən Qoçaqla bir-birini birləşdirən ümumi bağlılıq olub ki, bu da musiqiyə olan bağlılıqdır. Hamı mənə belə bir suallarla ünvanlanırdı: axı siz necə bir-birinizi başa düşürsünüz,  bir-birini anlamadan birgə necə çalışırsınız? Amma hər şey su və hava kimi aydın idi.  Baxmayaq ki, biz müxtəlif mədəniyyətlərin musiqiçiləriyik biz eyni mənbədən qidalanırıq. Biz bir-birinə bağlayan musiqi bağlarıdır ki, bu da albomun adında öz əksini tapıb.

 

Muğam-Jazz üslubunun orijinallığı nədədir?

Bilirsiz, dünyada müxtəlif musiqi proyektləri ilə qarşılaşa bilərsiniz ki, harda ki, prodüserlər müxtəlif janrları məsələn, barokko ifası ilə fin musiqisini və ya hind ən-ənəvi musiqisi ilə qərb musiqisini birləşdirir. Və bu tip sintezlər heç də həmişə uğurlu nəticələnmir. Səbəb isə musiqinin süni səslənməsidir. Amma bizim musiqi sintezinə gəlincə bunun tam əksini deyə bilərəm. Və bizim janrın orijinallığı məncə bundadır.

Mən  Azərbaycana  ilk dəfə tələbə kimi muğam janrını öyrənmək üçün gəlmişdim və Qoçaq Əsgərov mənim müəllim olub. Biz heç birimiz birgə ifa barədə düşünməmişdik. Səhnədə birgə ifamız sonradan ərsəyə çıxan ideyadır.

 

Digər millətlərin albomla bağlı nə kimi rəyləri ilə rastlaşmısınız?

Rəylər çox pozitivdir, mən Fransa, Böyük Britaniya, Almaniya, İtaliyadan müsbət rəylər almışam. Hal-hazırda növbəti rəyi Amerikadan gözləyirik. Öz fikirlərini vurğulayan jurnalistlər burada səmimiyyətin və orjinallığın olduğunu başa düşürlər.

 

Qoçaq Əsgərov ilə birlikdə növbəti lahiyələriniz barədə nə deyə bilərsiz?

Bizim Iyunda Fransada, daha sonra Isveçrə, Çin, İordaniya, Livan və s.ölkələrdə konsert proqramı ilə çıxışımız planlaşdırılır.

 

Azərbaycanda hal-hazırda keçirilən Frankafoniya həftələri barədə nə demək istərdiniz?

Bakıda Frankafoniya həftələri zamanı çıxış etməyimə çox şadam. İlk öncə onu vurğulamaq istərdim ki, mən dilləri çox sevirəm və bu fransız dili mənə həm doğmadır həm də bu dildə ifa etməyi çox sevirəm.