Avropada təhsil almaq bir çox abituriyent və tələbənin arzusudur. Və biz də öz növbəmizdə sizə ölkə və universitet seçimində kömək etmək üçün həftəlik müsahibə bölməsinə başlayırıq, burada Azərbaycandan olan Avropa universitetlərinin tələbələri ilə söhbət edəcəyik. Məhz tələbələrin sözlərindən Avropada olan təhsilin incəlikləri haqqında öyrənəcəyik.

Bugünkü qonağımız İtaliyanın "La Sapienza" Universitetinin magistri Ida Sadıxovadır. Romada İda psixologiya sahəsində biliklərini təkmilləşdirir.



  • İda, bizə bir az özün haqqında danış. Necə oldu ki, sən indi İtaliyadasan?

  • Bu, tamamilə təsadüfi oldu. MDU-nun psixologiya fakültəsini bitirdim və xaricdə təhsilimi davam etdirmək qərarına gəldim. İsveçə getməyi planlaşdırırdım və artıq orada təşkilat psixologiya fakültəsinə qəbul olmuşdum. Amma son anda Romadan «acceptance letter» aldım və bir necə dəqiqə ərzində qərarımı dəyişdim.

  • Niyə məhz La Sapienza Universiteti? Bu universitetdə səni nə cəlb etdi?

  • Romanın La Sapienza Universiteti Avropanın ən qədim universitetlərindən biridir və ən yaxşı universitetlər siyahısına daxildir. Mən isə MDU-dan sonra bilik keyfiyyətinə xüsusilə həssasam. Üstəlik, mənim ixtisasım olduqca yenidir, amma çox sürətlə inkişaf edir, mənim üçün son dərəcə cəlbedici və tədqiqat marağıma cavab verir.

  • Universitetə necə daxil oldun? Təcrübəni bizimlə paylaşa bilərsən?

  • Əslində, son tarixdən bir neçə gün əvvəl müraciət etdim və ümumiyyətlə qəbul olunacağını gözləmirdim. Lakin şansım var idi, çünki mənim ielts və GPA balım yüksək idi.

  • Xarici tələbə kimi universitetə qəbul olunarkən hər hansı çətinliklərlə qarşılaşdınmı?

  • Əlbətdə ki, tamamilə bilmədiyim dilə tərcümə olunan bir dəstə sənədlər olub. Sadəcə imtahana buraxılmaq üçün Moskvaya uçmalı və təcili diplomumu apostilləşdirməli oldum. Əksər hallarda başıma gələn bütün problemlər sənədləşmə ilə bağlı olub, xoşbəxtlikdən, ətrafımda həmişə kömək etməyə hazır olan insanlar var.

  • Hansı proqram üzrə təhsil alırsan? Proqramla bağlı təəssüratların necədir?

  • «Cognitive Neuroscience» proqramında təhsil alıram. Mənim proqramım psixologiya və tibb, elm və təcrübənin kəsişməsindədir. Proqramımı çox bəyənirəm, bir mühazirə də qaçırmıram, yay aylarında da əlavə kurslara gedirəm, çox maraqlı və faydalı dərslər keçir. 

  • Təhsildən boş vaxtında nə edirsən? Bir az İtaliyadaki həyatından danış.

  • Vintaj butikdə fotoqraf və smm-menecer kimi işləyirəm, həmçinin imkan olduqda Avropa və İtaliyanın digər şəhərlərınə səyahət edirəm. Və əlbətdə ki, Romanı araşdırıram - o qədər böyükdür ki, həmişə yeni bir şey kəşf edirəm.