Avropa Azərbaycanda

Italiya kinematoqrafına həsr olunmuş masterklass

2019/01/29 / 105

28 yanvar 2018-ci il tarixində The Landmark Cine Club-da İtaliya-Azərbaycan Beynəlxalq Film Festival çərçivəsində  Italiya kinematoqrafına həsr olunmuş materklass keçirilib. Masterklass Festivalın elmi partnyorları olan Venesiyanın Ca' Foscari Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə həyata keçirilib.

Tədbir zamanı İtaliyanın tanınmış aktyoru İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının prezidenti Remo Cerone, Festivalın bədii direktoru tanınmış İtaliya rejisoru Klaudio Rossi Massimi, İmago Group film istehsalı şirkətinin rəhbəri Lüçiya Makale və İtaliyalı aktyor Viktoriya Zinni  masterklasın iştirakçılarına kinematoqrafiya və xüsusən də İtaliya kinematoqrafiyası üzrə ustad dərsi keçib.

Tədbirin ikinci hissəsi Venesiyanın Ca' Foscari universitetinin kinematoqrafiya fəaliyyətinə həsr olunmuşdur.  Proqramda Ca' Foscari universitetinin  kinematoqrafiya fəaliyyətinin müxtəlif aspektləri müzakirə olunmuşdur.  Daha sonra işştirakçılara Ca' Foscari universitetinin tələbələrinin hazırladığı qısa filmləri nümayiş olunmuşdur.

Qeyd edək ki, İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, film istehsalı şirkəti “İmago Group”, “United Cultures” və “Sandro Teti Editore” nəşriyyat evinin birgə dəstəyi ilə ərsəyə gəlib. Layihə İtaliya və Azərbaycan kino sənayesinin keçmişi və bu gününü təbliğ etmək məqsədi daşıyır.

İtaliyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və “The Landmark” tərəfindən dəstəklənən festival yanvar ayının 30-dək davam edəcək. Təqdim olunan nominasiyaların qalibləri 30 yanvar baş tutacaq bağlanış mərasim zamanı “Zərduşt” mükafatı ilə mükafatlandırılacaq.