Avropa Azərbaycanda

İnklüziv təhsil imkanlarının genişləndirən "Səsli dərslik" layihəsi

2019/05/17 / 645

Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və  Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi - Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində inklüziv təhsilin inkişafına yardımçı olacaq  www.sesliderslik.az saytının inkşafı təşəbbüsü dəstəklənmişdir. Belə ki, səhifənin daha da zənginləşdirilməsi üçün yeni kitabların səsləndirilərək pulsuz resurs kimi yayılmasına, bununla da daha çox fiziki imkanları məhdud uşaq və gənclərin faydalanmasına imkan yaradılmışdır.

Layihə haqqında ətraflı məlumat:

1.Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi

Təhsil Nazirliyi  tərəfindən  2018-ci il  üzrə  dövlət  ümumi  təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan etmişdir.

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarət olduğu açıqlanmışdır.

Müsabiqə 9 mövzu –  təhsil  müəssisələrinin  dövlət-ictimai  uğurlu  idarəetmə  modellərinin  aşkarlanması,  dəstək verilməsi və yayılması; pedaqoji  işçilərin  peşəkarlıq  səviyyəsinin  yüksəldilməsi;  zəruri  tədris-metodiki  bazanın, məktəbdə metodik xidmət sisteminin təkmilləşdirilməsi, müasir texnoloji infrastukturun formalaşması və inkişafı;  istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi və s mövzuları əhatə edirdi.

2.Problemin qoyuluşu

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında Strateji hədəflər və tədbirlərdən biri, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin olunması məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsidir.

3.Layihənin məqsəd və vəzifələri

Ədəbiyyat fənninin tədrisi zamanı bütün şagirdlərin İKT-dən səmərəli istifadəsinə nail olmaq;

Müasir texnologiyalar əsaında resurs yaradaraq görmə imkanları məhdud olan şagirdlər üçün ədəbiyyat dərsliyini əlçatan etmək;

Dərslikdəki bədii mətnləri professional səviyyədə səsləndirərərək sesliderslik.az saytına yerləşdirmək, kompüter, telefon, planşetə yüklənə bilən resurslarla şagirdlərin öyrənmələrini daha asan etmək;

Səlis danışıq, natiqlik bacarığının inkişaf etdirmək;

Tədris imkanlarının zənginləşməsinə, ona məntiqi və axtarıcı xarakter vermək;

Şagirdlərin öyrənmə marağını aktivləşdirmək;

Yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək;

Zehni fəaliyyətlərinin stimullaşdırılmasına xidmət etməkdir.

Yerinə yetirdiyimiz bu layihə optimal inklüziv təhsil modellərinin yaradılmasına xidmət edir.

4.Gözlədiyimiz nəticələr

Layihə çərçivəsində təqdim edilən resurslar ümumtəhsil məktəblərinin şagirdlərinin, eləcə də müəllim və valideyinlərin  böyük marağına səbəb olmuşdur. Bir sıra tanınmış təhsil ekspertləri öz müsbətə rəyini bildirmiş və tövsiyyələrini vermişdilər. Düşünürük ki, bu materiallardan istifadə şagirdlərin bədii zövqünün və nitq qabiliyyətinin inkişafına müsbət təsir göstərəcək,  hər bir şagird üçün ədəbiyyat dərsliklərindəki bədii mətnlər fərqli formatda əlçatan olacaq.

Qeyd edək ki,  layihə bir qrup gəncin təşəbbüsü ilə Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin olunması məqsədi ilə, interaktiv vasitə kimi hazırlanmış və onların səyi nəticəsində bu günədək öz mövcudluğunu qoruyub saxlamışdır.