Avropaya səyahət

"Game of Thrones"-un Avropada olan çəkilişləri

2018/11/16 / 201

Nərmin Əsəd.

"... bir ağılın, qılıncın kənarını tutmaq üçün bir şeyə ehtiyac olduğu kimi kitablara ehtiyacı var."

Game of Thrones haqqında eşitməmiş birisi çətin ki tapıla. Bu televiziya seriyası dünyanı fəth etdi və fərqli yaş qruplarına malik izləyənləri cəlb etdi. Qısaca, “Game of Thrones”, G. Martin tərəfindən yazılmış fantaziya romanlarının uyğunlaşmasıdır. İki icraçı istehsalçı David Benioff və D. Weissin peşəkarlığına və yaradıcılığına görə bu televiziya şousu universal şöhrət qazandı. “Game of Thrones”-un mövzusu olduqca mürəkkəb və qarışıqdır. Bu seriyanın əsas obrazlarından hər hansı birinin addımını və hərəkətini təxmin etmək mümkün deyil. Hər kəs bilir ki, G. Martin öz fantaziya dünyasını yaratmış və onu romanlarının səhifələrinə yerləşdirmişdir. Bu xəyali dünya yeddi güclü krallıqlara bölünən Westeros adlı böyük bir qitədən ibarətdir. Hər bir səltənət bütün Westerosu fəth etmək arzusunda olan öz hökmdarına malikdir.

“Game of Thrones”-un final mövsümü üçün illərlə gözləmək çətindir və hələ də finala illər var. Bu sonsuz gözləmə üçün bir çıxış yolu varmı? Yoxdur. Lakin, Avropada “Game of Thrones”-un çəkiliş mərkəzlərindən bəzilərini ziyarət edərək HBO sehrini bir az da olsa həyatınıza geri almaq üçün əlinizdən gələni edə bilərsiniz.

Itzurun Çimərliyi, Zumaia, İspaniya (Dragonstone):

İspaniyadakı çəkilişlər Game of Thronesun böyük bir hissəsini təşkil edir. Yaxınlıqda olan San Juan de Gaztelugatxe qalanın spiralvari giriş pilləkəni olsa da, Itzurun Çimərliyi Bask ölkəsində əjdaha kraliçasının Westerosa giriş nöqtəsi idi.

Kirkjufell, İslandiya (Arrowhead Dağı):

Yeddinci mövsüm tamaşaçıların Arrowhead Dağınını ilk dəfə gördüyü mövsüm deyil.  The Children of the Forest altıncı mövsümdə ilk  dəfə burada White Walker'ı yaradır. Bu, Şimal İşıqlarını  və ən çox dağları izləmək üçün İslandiyadakı sehrli bir yerdir.

Köhnə Şəhər, Dubrovnik, Xorvatiya (King's Landing):

“Game of Thrones” ikinci sezondan bəri burada çəkiliş etdiyi üçün Dubrovnikin turizminə  çox böyük təsir göstərmişdir.

Ballintoy Limanı, Şimali İrlandiya (Dəmir Adaları):

 Ballintoy Dəmir Adalarının limanında yerləşir, hansı ki Theon Greyjoy öz bacısıyla burada əlaqə yaradır. Son sezonlarda da bu qayalıqlı Şimali İrlandiya sahillərini görəcəyimizə əminik.

Castillo de Zafra, İspaniya (Sevinc Qülləsi):

Madrid və Barselona arasındakı Sevinc Qülləsinin Lyanna Stark'ın hekayəsində rolu böyükdür.

Grjótagjá, İslandiya (Jon Snowun Sevgi Mağarası):

Şimali İslandiyanın Mývatn gölü yaxınlığında yerləşən Grjótagjá  kiçik bir vulkanik mağaradır, hansı ki buradakı suyun temperaturu baharda 100 farenheyti belə keçir. Burada Ygritte və Jon Snowun yeraltı sevgi səhnələri çəkilmişdir.

Trsteno, Xorvatiya (King's Landing Palace Gardens):

Siz, King's Landing sarayının bağlarında, Olenna Tyrell məhkəməsini mükəmməl şəkildə görə  bilərsiniz. Həqiqətən gördüyünüz şey, Dubrovnikin şimalındakı təxminən 20 dəqiqəlik Trsteno Arboretumdur.