Avropa Azərbaycanda

Fuad Axunovdun Azərbaycanın tarixinin Alman səhifələri mühzairəsi

2019/02/14 / 235

15 fevral 2019-cu il tarixində, saat 19:30-da Kamera və Orqan Musiqi (Kirxa) zalında tədqiqatçı, "Bakı sirləri" televiziya silsilə verilişlərinin müəllifi və aparıcısı Fuad Axundovun “Азербайджанские страницы истории Азербайджана” adlı mühazirəsi keçiriləcək. Həmin gün “Germanaijan. Azərbaycanda alman irsi və memarlığı” adlı sərgisi 21:30-dək Kapellhausda (28 May küçəsi, 35) açıqdır. Sərgiyə və mühazirəyə giriş sərbəstdir.

 

Bu linkə daxil olaraq http://bit.ly/GermanaijanFA15 qeydiyyatdan keçə bilərsiniz.

 

“Germanaijan. Azərbaycanda alman irsi və memarlığı” layihəsi Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyi çərçivəsində Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən, Almaniyanın Xarici İşlər Nazirliyinin “Mədəni irsin qorunması proqramı” nın maliyyə dəstəyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Goethe-Zentrum Bakının/ Kapellhausun dəstəyi ilə təşkil edilir.

Sərginin kuratoru Əsli Səmədova.

Sərginin müddəti 28.02.2019- cu il tarixinə qədər uzadılıb.


Sərginin iş saatları: Çərşənbə axşamı - şənbə: 13:00-19:00.