Avropa Mədəniyyəti

Elçin Əliyevin "Bakı şəhər memarlığının dövrləri" mühazirəsi

2019/02/18 / 95

Germanaijan. Azərbaycanda alman irsi və memarlığı sərgisi çərçivəsində 20 fevral 2019-cu il tarixində, saat 19:00-da Kapellhausda (28 may küç., 35) ünvanında Elçin Əliyevın “Периоды архитектуры города Баку” adlı mühazirəsi baş tutacaqdır. 1989-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvü, 1998-ci ildən Azərbaycan Dizaynerlər İttifaqının üzvü Elçin Əliyev memarlıq, dizayn və şəhərsalma sahəsində 14 kitab və 140 elmi məqalənin müəllifidir.
Giriş sərbəstdir. Yerlər məhduddur. Birinci gələn birinci əyləşəcək.

“Germanaijan. Azərbaycanda alman irsi və memarlığı” layihəsi Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyi çərçivəsində Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən, Almaniyanın Xarici İşlər Nazirliyinin “Mədəni irsin qorunması proqramı” nın maliyyə dəstəyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Goethe-Zentrum Bakının/ Kapellhausun dəstəyi ilə təşkil edilir.
Sərginin kuratoru Əsli Səmədova.

Sərginin müddəti 28.02.2019-cu il tarixinə qədər uzadılıb.
Sərginin iş saatları: Çərşənbə axşamı - şənbə: 13:00-19:00.