Avropa Mədəniyyəti

Əfsanəvi Şerburq çətirləri filminin 55 yaşı tamam oldu

2019/02/20 / 200

Kənan Zülfüqarov.

Yaxşı film odur ki, tamaşaçıda müəyyən emosiya yaratsın. Tamaşaçı bəzən gülsün, bəzən bütün dünyanı dəyişmək fikrinə düşsün, bəzən isə hönkür-hönkür ağlamaq istəsin.

Əslində, belə filmlər olduqca çoxdur və seçim etmək doğrudan da çətindir. Lakin bu məqalə bu il 55 illiyini qeyd edən və Azərbaycanda olduqca tanınan Şerburq çətirləri filminə həsr olunub.

Bu film müharibənin ayrı saldığı çətir satıcısı Jenevyeva və avtomexanik Qinin sevgi əhvatından bəhs edir. Ekran əsəri Kann kinofestivalının “Qızıl palma budağı”nı qazanıb. Filmə bu gün də həyəcansız və kövrəlmədən baxmaq olmur. Filmdə səslənən musigiləri dünyaca məhşur olan əfsanəvia  Mişel Leqrandır. Onun bəstələdiyi musigi 50 ildən artıq sevgililər üçün əsl himnə çevrilib. Filmdə əsas rollları əfsanəvi aktyorlar Katrin Denev(Jenevyev Emeri) və Nino Kastelnuovo(Gi Fuşe)  canlandırıblar.

Filmin qazandığı mükafatlar:

  • Kann Film Festivalı, 1964:  Qızıl Palma
  • Oskar, 1965: Xarici dilində ən yaxşı film nominasiyası (Fransa)
  • Oskar, 1966: Ən Yaxşı Orijinal Ssenari, Ən Yaxşı Mahnı - "I will wait for you", Ən Yaxşı Soundtrack, Ən Yaxşı Musiqi adaptasiyası nominasiyaları
  • Qızıl Qlobus (Golden Globe),1966: Ən Yaxşı Xarici Film (Fransa)
  • Kino sahəsində Beynəlxalq Katolik Təşkilatının (OCIC) mükafatı
  • Fransız Tənqidçilər Sindikatı mükafatı: Lui Delluk  mükafatı

 

Əziz SizinAvropa izləyiciləri. Bu möhtəşəm filmi Sizə Azərbaycan dilində təqdim edirik. Xoş izləmələr!