Avropa Azərbaycanda

Dünya musigisini birləşdirən - SOFAR

2019/01/28 / 131

Deyəsən yenə bir otaqdan səslər gələcək!
Fevralı musiqisiz keçirmək olmaz, ona görə hazır olun 🎤

Sofar 2009-cu ildə Londonda başlamış, Londondan New Yorka, Oslodan Bakıya dünyanın 420-dən çox şəhəri, 80-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq musiqi hərəkatıdır. Məqsədi istedadlı musiqiçilərə dəstək olmaq və onları musiqisevərlərlə səmimi bir #EV mühitində görüşdürməkdir.

Sofar dalğasına qoşulmaq üçün qısaca qaydalarımızla tanış olun:

• Sofar konsertləri zamanı ünvan və musiqiçilər konsertdən bir gün əvvəl açıqlanır.
• Sofarda telefonlar səssizə alınır.
• Konsertdə əsas diqqət musiqiyə yönəldilir
• Sofarda yalnız saytda qeydiyyatdan keçmiş və təsdiq e-maili almış dinləyicilər iştirak edir.


Sofar-da iştirak üçün:
1. www.sofarsounds.com - ilk öncə bu saytda qeydiyyatdan keçirsiniz.
2. www.sofarsounds.com/baku - daha sonra göstərilən linkə daxil olub "ATTEND" düyməsinə click edirsiniz və "APPLY FOR TİCKET" bölməsini seçirsiniz.

Sofar Baku #13 - fevralın 3-ü (Bazar) saat 15:00’da başlayacaq.


Bilet – ON BEŞ (15) AZN

* Seçim saytda random olaraq aparılır və təsdiq e-maili alanlara konsertin məkanı bildirilir.



* Son qeydiyyat : 1 fevral saat 23:59!