Avropa Azərbaycanda

"Dünən" filminin nümayişi

2019/04/01 / 155

"Dünən(2018)" filminin nümayişi

Filmin əsas qəhrəmanı 50 yaşlı Viktor Ganz dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən mülki mühəndislik şirkətinin sahibidir. Şimali Afrikada bir tikinti sahəsində meydana gələn problemlər onu həmin yerə getməyə vadar edir. Bu ezamiyyət onun qəlbinin dərinliyində basdırılmış gənclik xatirələri ilə dolu olan bir səyahətə çevrilir. Nazirliklərdə görüşlər, dezinformasiya, sirli bir şəkildə keçmiş sevgilisinin yoxa çıxması, onu tapmaq məqsədi ilə gizli araşdırmalar... Bir sözlə, Viktor Ganz tədricən indiki və keçmiş zamanın iç-içə olduğu labirintə bənzər dünyaya atılır.

Rejissor: Balint Kenyeres

Filmin müddəti: 118 dəq 

Baş rollarda: Vlad Ivanov, Feodor Atkine, Jo Prestia

Janr: Drama

Yaş həddi: 14 yaş

Tarix:  2 aprel, 19.00

Məkan: Park Cinema (Flame Towers)

Giriş sərbəstdir

Treyler: