Avropa Azərbaycanda

DokuBaku hamınızı dəvət edir!

2019/07/16 / 227

Beynəlxalq Sənədli Film Festivalı DokuBaku artıq üçüncü dəfə bu ilin oktyabr ayının 2-dən 6-dək baş tutacaq.

Adı üstündə olan DokuBaku Film Festivalı 2017-ci ildə İmam Həsənov və Veronika Yanatkova tərəfindən təsis olunub. DokuBaku Beynəlxalq Sənədli Film Festivalı dünyanın müxtəlif ölkələrinin istehsalı olan ən yaxşı sənədli filmləri sizlərə nümayiş etdirmək üçün Bakıya gətirir. DokuBaku olaraq, həm qısa (40 dəqiqəyə qədər) və həm də tammetrajlı (60 dəqiqədən çox) hibrid və digər kreativ sənədli film janrlı filmlər nümayiş edirik. Hər il geniş mövzuları əhatə edən DokuBaku (Reallığı sınayaraq 2017, Kəsişmələr 2018) bu il “Həqiqilik” mövzusunu seçir. Bu seçimi etməyimizdə ilkin şərt daha və daha çox qütbləşən dünya anlayışı və kəsişmə nöqtələrini tapmaqda çətinlik çəkən parçalanmış cəmiyyətlər olub.

Geniş auditoriya üçün nəzərdə tutulmuş bənzərsiz, həyat kimi təkrarı olmayan beynəlxalq sənədli film proqramı ilə yanaşı, DokuBaku yerli sənədli film rejissorlarının filmlərini nümayiş etdirməklə onları dəstəkləməyə davam edəcək.

 

 

Hər il olduğu kimi bu ildə, DokuBaku-nun programına 15 tammetraj və 15 qısametraj beynəlxalq və yerli sənədli filmlər daxil olunacaq. Bundan başqa, bu il ilk dəfə olaraq, festivalda Almaniya “qonaq ölkə” olaraq iştirak edəcək. Filmlər tamaşaçılara həm ingilis və həm də azərbaycan altyazıları ilə təqdim olunacaq.

Nəzərinizə çatdıraq ki, DokuBaku BSFF-in əsas tərəfdaşları “Goethe-Institut Azerbaijan” qeyri-kommersiya mədəniyyəti birliyi, “EU Delegation to Azerbaijan”, “The Landmark Hotel Baku” və “United Cultures”-dır.

DokuBaku BSFF 2019-a FİLM QƏBULU açıq elan olunur və Sizi, yerli və xarici rejissorları, filmlərini bizə təqdim etməyə dəvət edir. Biz həyəcanverici, innovativ hekayəsi, kreativ həlli olan sənədli filmlər axtarışındayıq. Sizin filmlərinizi böyük həyacanla gözləyirik.

Qeyd edək ki, Siz könüllü olaraq da bizə dəstək ola bilərsiniz. Həm film qəbulu və həm də könüllülər üçün son müraciət tarixi 15 avqust, 2019-cu ildir.

 

Daha ətraflı məlumat əldə etmək üçün dokubaku.az saytına daxil olun.

Sualınız yaranarsa info@dokubaku.az ünvanına müraciət edə bilərsiniz.

 

DokuBaku 2019-da görüşənədək!