Avropa Mədəniyyəti

Çay yoxsa qəhvə? Gəlin, Avropanın ən çox çay və qəhvə içən ölkələri ilə tanış olaq

2019/07/23 / 214

İnsanlar iki cür olur: qəhvə xoşlayanlar və çay həvəskarları. Əslində çay sudan sonra ən çox üstünlük verilən içkidir. Buna baxmayaraq il ərzində 150 milyondan çox qəhvə paketindən istifadə olunur və bu 10 milyon ton qəhvə istehlakına bərabərdir. Yaxşı, bəs qəhvə və çay arasında seçimə gəlincə Avropa ölkələri hansına daha çox üstünlük verirlər?

 

Qəhvə ilk dəfə 15-ci əsrdə Yəməndə içki kimi istifadə olunmağa başlanılmışdır. Qəhvə həvəskarlarının sevimli məkanı dedikdə isə ilk olaraq ağıla Paris və ya Roma kafesi gəlir. Lakin bu yerlərin heç biri əhalinin qəhvə istehlakına görə ilk onluqda yer almır. Eyni hal çay üçün də keçərlidir. Bir çox tədqiqatçılar çayın ilk dəfə 3-cü əsrdə tibbi içki kimi Çində istifadə olunduğunu iddia etsələr də, bu ölkə əhalinin çay istehlakına görə ön sıralarda yer almır.

2016-cı ildə əhalinin çay istehlakı üzrə aparılan araşdırmalara əsasən, çayın ən çox içildiyi ölkələr Türkiyə, İrlandiya və Birləşmiş Krallıqdır. Qəhvə istehlakına gəlincə isə, finlər ilk sırada yer alır. Qəhvə üzrə Beynəlxalq Təşkilatın statistikasına görə, Finlandiyaya qonşu olan ölkələrdə də qəhvə çox sevilir. Yəni, ən çox qəhvə içən 10 ölkə sırasında Norveç, İslandiya, Danimarka və İsveç də yer alır.

Avropada ən çox çay və qəhvə içən 15 ölkəsinin siyahısı aşağıdakı kimidir:

Avropada ən çox qəhvə içən 15 ölkə:

1. Finlandiya – İldə adam başına 12 kq

2. Norveç - 9.9

3. İslandiya - 9

4. Danimarka - 8.7

5. Niderland - 8.4

6. İsveç - 8.2

7. İsveçrə- 7.9

8. Belçika - 6.8

9. Lüksemburq - 6.5

10. Bosniya və Herseqovina - 6.1

11. Avstriya - 5.9

12. İtaliya - 5.8

13. Sloveniya - 5.8

14. Almaniya - 5.5

15. Yunanıstan - 5.4

 

Avropada ən çox çay içən 15 ölkə:

 

1. Türkiyə - İldə adam başına 3.1 kq

2. İrlandiya - 2.1

3. Birləşmiş Krallıq - 1.9

4. Rusiya - 1.4

5. Polşa - 1

6. Niderland - 0.8

7. Avstraliya - 0.7

8. Almaniya - 0.6

9. Ukrayna - 0.58

10. İsveçrə - 0.44

11. Çexiya - 0.42

12. Slovakiya - 0.36

13. İsveç - 0.28

14. Macarıstan - 0.27

15. Norveç - 0.26

 

 

 

Mənbə:

https://www.worldatlas.com/articles/top-10-coffee-consuming-nations.html

https://weaverscoffee.com/blogs/blog/the-worlds-top-coffee-consuming-nations-and-how-they-take-their-cup

http://www.traveller.com.au/countries-that-drink-the-most-coffee-tea-and-starbucks-gvmflb

https://www.worldatlas.com/articles/top-10-tea-loving-countries-in-the-world.html