Avropa Mədəniyyəti

Çarlz Darvin - 210

2019/02/11 / 55

Çarlz Darvin 210

Nərmin Əsəd.

"Mənə elə gəlir ki, bütün nəcib keyfiyyətləri olan adam hələ də özünün bədən çərçivəsindəki aşağı mənşəyinin silinməz möhürünü daşıyır".

                                                                                                                                                                                                                                                                             Çarlz Darvin (1809-1882)

 

Özümüzə və həyatımıza yeni bir şəkildə baxmağa başladığımızda tarixdə mühüm bir hadisə oldu. Bu, yalnız bizim özümüzü necə qəbul etdiyimizi dəyişməmişdi, həm də Yerdəki bütün digər həyat və növlərlə necə əlaqə qurduğumuzu dəyişmişdi. Yer üzündə hər bir həyat tərzindən çox uzaq olduğumuzu anlaya bildik ki, həm də bu an birdən-birə yüsəlmək və aşağılanmaq idi. O dövr Çarlz Darvinin Təbii Seçim Qanununun ideyasını elmi dünyanın diqqət mərkəzinə gətirdiyi zaman idi və biz hər şeyi, tamamilə hər şeyin bir-birinə bağlı olduğunu aydın gözlərlə görməyə başladıq.

Fevralın 12-də Darvin Günü qeyd olunur, dünyanın dörd bir tərəfindəki humanistlər 1809-cu ildə Shrewsburydə doğulan və təbii seleksiyanın köməyi ilə təkamül nəzəriyyəsinin müasir formasının öndəri olan Çarlz Darvinin ildönümünü qeyd edirlər. Dünyanın hər yerində Darvin Günündə müxtəlif tədbirlər keçirilir. Bunlara ilk növbədə xüsusi reseptlərlə hazırlanmış şorbalar ilə yeməklər, məktəb lövhələri ilə etirazlar, seminarlar və meymun kostyumlu insanların ədəbiyyatı yayması daxildir. Darvinin doğum yeri olan Shrewsbury, 2003-cü ildən bəri  fevral ayının axırına qədər davam edən 'Darvin Festivalı'na ev sahibliyi edir.

'Darvin Günü' saytının bir araşdırması göstərir ki, beynəlxalq bayramın arxasında olan insanlar təbiətşünaslıq dünyagörüşünü təbliğ etmək üçün daha çox maraqlanırlar, çünki bu elmi cəhətdən köklü bir modeldir. Humanistlər deyir ki, "Bayramın özü ... dini və dini olmayan deyil və xüsusilə də din əleyhinə deyildir" , və "Wikipedia"  qeyd edir ki, "Darvin günü Darvinin elmə qatqısını və ümumiyyətlə elmi təbliğ etmək üçün istifadə olunur. "

Çarlz Darvin təkamül elminin qurucusu hesab edilir. Onun əsas nəzəriyyəsi "Cinslərin mənşəyi haqqında" adlı kitabında və onun sonrakı kitabı "İnsanın mənşəyi" kitabında təqdim edilmişdir. Darvin təbiətşünas (təbiəti öyrənən bir şəxs) idi və dünya səfərinin 5 ilini H.M.S. Beagle’a həsr etmişdi. Bu səfər zamanı o, fosil və heyvan nümunələri topladı və çox müxtəlif bölgələrdə botanika, geologiya və biologiyanın müxtəlifliyini öyrəndi. Öz növbəsində, Darvin səfərini cinslərin öz təbii yaşayış mühitinin dəyişən tələblərinə cavab vermək üçün uyğunlaşdırıldığı "təbii seleksiya" adlı bir proses vasitəsi ilə nəticələndirdi. Darvinin ölümündən sonra elm irəlilədikcə, onun nəzəriyyələri köklənmiş və təmizlənmişdir. Darvinin DNT-ə qatqısı olmamışdı; onun kəşfləri təbii dünyaya və ayrılmalara diqqətlə baxılmasına səbəb oldu. Darvinin həyatının araşdırılması ailəsinin və təhsilinin onun işlərində və tarixdəki yeri üçün vacib təsiri olduğunu göstərir.