Avropa Azərbaycanda

British Council və Park Cinema Böyük Britaniyanın məhşur teatr tamaşalarını Bakıda təqdim edir

2017/09/29 / 116

British Council və Park Cinema Böyük Britaniyanın məhşur teatr tamaşalarını Bakıda təqdim edir

Bakı şəhəri, 14 sentyabr 2017-ci il – İlk dəfə olaraq, British Council tərəfindən həyata keçirilən "ThetreHD" layihəsi çərçivəsində dünyaca məşhur teatr tamaşaları Alov Qüllələrində yerləşən "Park Cinema" kinoteatrının böyük ekranlarında nümayiş olunacaq.

British Council Azərbaycan "TheatreHD" layihəsinin yeni tərəfdaş – "Park Cinema" kinoteatrlar şəbəkəsinin iştirakı ilə davam etdirildiyini böyük məmnuniyyətlə elan edir. Sentyabr ayından etibarən Bakı sakinləri Britaniyanın Milli teatr, Şekspirin Qlobus teatrı, Royal Şekspir şirkəti, Royal Opera Haus Kovent Qarden və s. kimi dünya səviyyəli teatrlarının ən yeni və ən uğurlu tamaşalarını izləyə biləcəklər. Tamaşalar British Council-in TheatreHD layihəsi çərçivəsində Bakının kinoteatr ekranlarında canlı nümayiş olunacaq. Layihə "CoolConnections" şirkəti və "Park Cinema" kinoteatrlar şəbəkəsi ilə əməkdaşlıq şəraitində işlənib hazırlanmışdır. Sentyabr ayından etibarən siz doğma şəhərinizi tərk etmədən kinoteatr ekranlarında dünya teatrının şah əsərlərini izləyə biləcəksiniz. Mövsüm 13 sentyabrda Lüsyen Msamatinin ("Lüter", "Taxt-tac oyunu") rol aldığı "Amadey" tamaşası ilə başlayır.

Nümayişlər Londonun və Birləşmiş Krallığın ən uğurlu tamaşalarını Bakı şəhərində teatr salonunda izləyicilərə təqdim edir. Yüksək keyfiyyətli çəkiliş sizdə teatr zalında izləmə təəsüratı yaradacaq; çəkilişlər auditoriyanın iştirakı ilə tamaşalardan canlı yayımlanır; kameralar kinoteatr tamaşaçılarının hər bir səhnəni ən yaxşı şəkildə izləyə biləcəkləri formada yerləşdirilir.

Bundan başqa, son iki ay ərzində "Park Cinema" kinoteatrlarında uğurla həyata keçirilmiş "Ekranda Sərgi" layihəsinin davam etdirilməsinə qərar verilib. Van Qoq, Mikelancelo, Leonardo kimi məşhur rəssamların müəllifi olduğu rəsm əsərlərinin böyük ekranda nümayiş etdirilməsi çoxsaylı tamaşaçıların diqqətini cəlb etmişdir. Tamaşaçıların istəyinə cavab olaraq, "Munk 150", "Rembrandt", "Matiss", "Mane: Kətana Həkk Olunmuş Həyat" və digər sənədli filmlər nümayiş etdiriləcək. Cədvəl haqqında ətraflı məlumatı aşağıdakı internet səhifələrindən əldə edə bilərsiniz: parkcinema.azbritishcouncil.az

Qeyd etmək istərdik, ki layihə British Council, "CoolConnections" şirkəti və "Park Cinema" kinoteatrlar şəbəkəsi arasında olan birgə əməkdaşlıq nəticəsində həyata keçirilir.

Tarix:

Saat:

Film:

13.09.2017

19:00

Amadey (İngilis-Rus)

16.09.2017

13:00

Amadey (İngilis-Rus)

20.09.2017

19:00

Gedda Gabler (İngilis-Rus)

23.09.2017

13:00

Gedda Gabler (İngilis-Rus)

27.09.2017

19:00

MƏLƏKLƏR AMERİKADA – BİRİNCİ HİSSƏ: Minillik yaxınlaşır (İngilis-Rus)

30.09.2017

13:00

MƏLƏKLƏR AMERİKADA – BİRİNCİ HİSSƏ: Minillik yaxınlaşır (İngilis-Rus)

04.10.2017

19:00

MƏLƏKLƏR AMERİKADA – İKİNCİ HİSSƏ: Perestroyka (İngilis-Rus)

07.10.2017

13:00

MƏLƏKLƏR AMERİKADA – İKİNCİ HİSSƏ: Perestroyka (İngilis-Rus)

11.10.2017

19:00

Doktor Faust (İngilis-Rus)

14.10.2017

13:00

Doktor Faust (İngilis-Rus)

18.10.2017

19:00

Yerma (İngilis-Rus)

21.10.2017

13:00

Yerma (İngilis-Rus)

17.09.2017

13:00

İERONİM BOSXUN MÖCÜZƏLİ DÜNYASI

24.09.2017

13:00

MUNK150 (İngilis-Rus)

01.10.2017

13:00

REMBRANDT (İngilis-Rus)

08.10.2017

13:00

MATİSS (İngilis-Rus)

15.10.2017

13:00

MANE: KƏTANA HƏKK OLUNMUŞ HƏYAT HD (İngilis-Rus)

22.10.2017

13:00

VERMEER VƏ MUSİQİ: SEVGİ VƏ AZADLIQ SƏNƏTİ (İngilis-Rus)

29.10.2017

13:00

RƏSSAM BAĞÇASI: AMERİKAN İMPRESSİONİZMİ (İngilis-Rus)

Əlavə məlumat əldə etmək üçün əlaqə saxlayın

Dilarə İbrahimova | İncəsənət üzrə menecer

British Council | Nizami küç., 96, 96 mərtəbə, The Landmark III, Bakı AZ1010| Azərbaycan

T +994 12 497 1593 | F + 994 12 498 9236

dilara.ibrahimova@britishcouncil.az | www.britishcouncil.az

Redaktorlar üçün qeydlər:

British Council Birləşmiş Krallığın mədəniyyət əlaqələri və təhsil imkanları üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Biz Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşma münasibətləri yaradırıq. Birləşmiş Krallığın mədəniyyət üzrə resurslarından istifadə etməklə Birləşmiş Krallığa və birgə çalışdığımız ölkələrə müsbət töhfələr verir - imkanlar yaratmaqla insanların həyatlarını dəyişir, əlaqələr qurur və inam yaradırıq.

Biz dünyanın 100-dən çox ölkəsində mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahələrində fəaliyyət göstəririk. Hər il 20 milyondan çox insana üz-üzə və 500 milyondan çox insana onlayn, televiziya və nəşrlər vasitəsilə xidmət göstəririk.

Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası tərəfindən idarə edilən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumuyuq. Gəlirlərimizin böyük hissəsi ingilis dili tədrisi və imtahanlar üzrə müxtəlif layihə və müqavilələr, təhsil və inkişaf müqavilələri, eləcə də dövlət və özəl təşkilatlara əməkdaşlıq vasitəsilə əldə olunur. Maliyyəmizin on səkkiz faizi Birləşmiş Krallıq hökuməti tərəfindən təmin edilir.

Park Cinema Azərbaycanda müasir çoxekranlı kinoteatrlardan ibarət ən böyük milli şəbəkədir. Hal-hazırda şəbəkəyə "Park Bulvar", "Metro Park", "Zagulba Mall" ticarət mərkəzlərində, Alov Qüllələrində (ölkədə yeganə IMAX formatlı kinozallar), Azərbaycanın Masallı rayonunda - “ASAN Life” kompleksində yerləşən bir sıra kinoteatrlar və "Amburan Beach Club"da yerləşən açıq hava kinoteatrı daxildir.