Çex Respublikası, Macarıstan, Polşa və Slovakiyadan ibarət olan Vişegrad qrupu adından səfirliklərimiz tələbə və müəllim heyətiniz arasında Beynəlxalq Vişegrad Fondu tərəfindən Azərbaycan Respublikasından olan alim və tədqiqatçılara Master və Post-Master pilləsinə təqaüd proqramı haqqında məlumatın yayılmasını xahiş edir.

Müraciət üçün son tarix 15 mart 2019-cu il, Mərkəzi Avropa vaxtı ilə saat 12:00 (Azərbaycan vaxtı ilə saat 15:00-a qədər). Ətraflı məlumatı burada əldə edə bilərsiniz: https://www.visegradfund.org/…/mobil…/visegrad-scholarship/…

Təhsil haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıda qeyd olunan Bakıdakı səfirliklərin diplomatik əməkdaşlarına müraciət edin:
Çexiya Respublikası: cənab Daniel Putík (daniel_putik@mzv.cz)
Macarıstan: cənab Mihály Gruber (mihaly.gruber@mfa.gov.hu)
Polşa: cənab Andrzej Jankowski (andrzej.jankowski@msz.gov.pl)
Qeyd edək ki, Slovakiyanın Bakıdakı səfirliyi 2019-cu ilin sonuna yaxın açılacaqdır; hazırda Slovakiyanın Moskvadakı səfirliyi Azərbaycana görə cavabdehdir.