Avropa Azərbaycanda

Bakıda Rumıniyanın "Trei Parale" qrupunun ənənəvi musiqi konserti

2019/06/29 / 121

22 iyun Bakida Landmark-ın 22-ci mərtəbəsində Rumıniyanın ənənəvi musiqi gecəsi keçirildi. 2003-cü ildə Rumıniyanın Buxarest şəhərində yaradılan «Trei Parale» (Three Dimes) musiqi qrupu tamaşaçılara möhtəşəm konsert proqramı təqdim etdi. 

Qrup ənənəvi musiqi sahəsində dərin tədqiqatlara əsaslanan musiqi repertuarı ilə xarakterizə olunur. Onların interpretasiya üslubu Rumıniya kəndlərinə səfərlər və müxtəlif köhnə musiqiçilərlə əlaqə yaratmaq ilə formalaşdırılıb və zənginləşib. «Trei Parale» qrupu Rumıniyada çox məşhurdur və müxtəlif festivallarda iştirak edib: Orta əsr, Qədim Musiqi, Caz, Dünya Musiqi və Klassik Musiqi Festivalları.

 

Səhnədə qrupun liderini Florin İordanı (kobza, borular) - Daniel-Mircea Pop (səs, borular, blokflüt, perkussiya), Beatrice Iordan (səs, kobza) və Mihai Balabas (skripka, violonçel) müşayiət edirdilər. Musiqiçilər paytaxtımızın sakinlərinə əsl qədim musiqi bayramı təşkil etdilər və parlaq çıxışları ilə tamaşaçılara böyük zövq bəxş etdilər.  

 

Ənənəvi Rumıniya musiqisi çox maraqlı və koloritlidir. Erkən Rumın musiqisi ritm müşayiəti olan fleytaların müxtəlif növlərində ifa olunurdu, daha sonra isə kobza da əlavə olundu. 

Rumıniyanın xalq musiqisində bir neçə janr var: Muzică Populară, Muzică Tradiţională və Lăutărească, bu musiqi üslublarında regional fərqlər də var. Məsələn, Transilvaniyada Muzică Populară Moldovada olduğundan fərqli səslənir.

1900-cü ilə qədər Rumıniyanın bir çox regionlarında yeganə musiqi janrı improvizə lirik nəğmələr söyləmək üslubu - “doyna” olub. 2009-cu ildə doyna YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir

 

Konsert Rumıniyanın Azərbaycan Respublikasındakı səfirliyi və Landmarkın təşəbbüsü ilə təşkil olunmuşdur. Gecədə Rumıniyanın fövqəladə və səlahiyyətli səfiri Cənab Dan IANCU iştirak etmişdir.