Avropa Mədəniyyəti

Bakıda möcüzəli Portuqaliya gecəsi

2018/12/17 / 400

15 dekabr 2018-ci il Bakının soyuq havası Portuqaliyadan gələn isti mehnən qarışmışdır. “The Landmark Hotel Baku”nun Rotunda Jazz Hall zalında Portuqaliyalı əkzilər Fernando və Luis Koşta qardaşların konserti keçirilmişdir. Konsert Portuqaliyanın Azərbaycandakı Missiyası, United-Cultures və Landmark Hotel tərəfindən təşkil ounmuşdur.

Şəhər sakinləri qardaşları böyük izdihamla qarşılamışdılar. Konsertdə tanınmış bəstəkarlar Robert Şumanın, Luiz Kosta, Astor Piazzolanın əsərləri səslənmişdir. Konsertin ikinci hissəsində qonaqlar klassik musiginin Azərbaycan muğamı ilə əsrarəngiz qarışığının şahidi oldular.

Qeyd edək ki, Fernando və Luis Koşta “Portuqaliyanın yeni nəsil ifaçıları arasında xüsusi olaraq seçilir və  emosional rezonans doğuran performansları, səhnədəki möhkəmlənmiş duruşları və dinamik və coşğulu tərzləri ilə həmahəng ifadə və musiqi həssaslığı onlara prestijli mükafatlar və şöhrət gətirmişdir. 

Koşta qardaşları Çin, ABŞ, Cənubi Afrika, Kanada və Avropa da daxil olmaqla bir sıra ölkələrdə konsertlərlə çıxış etmişdirlər.