Avropa Azərbaycanda

Bakida İtalyan dili həftəsi keçiriləcək

2017/10/09 / 476

Bakıda 16-23 oktyabr tarixində İtalyan dili həftəsi keçiriləcək. Bu münasibətlə bu gün Landmark Hotel Baku-da Italiyanın Azərbaycandakı səfiri Augusto Massari, səfir müavini Umberto Boeri, "Birləşmiş Mədəniyyətlər" Assosiasiyasının ( " United cultures ") rəhbəri Paola Casagrande və "United cultures" bədii rəhbəri bəstəkar Stefano Muscaritolo iştirakı ilə mətbuat konfransı təşkil olunub. 

İtalyan dili həftəsi - müasir mədəniyyət və incəsənət dili olan italyan dilinin təbliğinə yönəldilmiş beynəlxalq bir layihədir. Hər il oktyabr ayının üçüncü həftəsində İtaliya Xarici İşlər Nazirliyi bütün dünya üzrə konfranslar, sərgilər, konsertlər, görüşlər və s. tədbirlər təşkil edir. Bu il İtalyan dili həftəsi İtalyan kinosuna həsr olunacaq. Bakıda keçiriləcək Həftə çərçivəsində İtaliyanın məşhur rejissor və ssenarist Francesco Bruni'nin master-klassları və italyan filmləri nümayiş olunacaq. Həmçinin, Həftə çərçivəsində onun "Tutto Quello che Vuoi" adlı yeni rəsminin təqdimatı olacaq.

Bakıda 16 oktyabrda Beynəlxalq Muğam Mərkəzində italyan dili həftəsi açılışı keçiriləcək. Qeyd edək ki, tədbir Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə İtaliyanın Azərbaycandakı səfirliyi və "Birləşmiş mədəniyyətlər" ( " United cultures ") Assosiasiyası tərəfindən təşkil olunur. Həftənin açılışı şərəfinə Muğam Mərkəzində İtalyan filmlərindən ibarət konsert olacaq. Layihənin müəllifləri italyan filmlərinin mahnılarını caz stilində simli kvartetə keçirən bəstəkarlar Stefano Muskaritolo və Kəmalə Əlizadədir. Bu axşam Günel Kazımovanın fortepiano müşayiəti ilə və simli kvartetə daxil olan Elina Əliyeva, Samir Əsədov, Anar Əliyev, Eyyub Əliyev ilə əməkdar artistlər Fəridə Məmmədova (soprano) və Siruz Məmmədov (truba) sevimli italyan kinolarından italyan bəstəkarlarının məşhur melodiyalarını ifa edəcəklər. Ennio Morricone, Henry Mancini, Nino Rota və digər italyan bəstəkarlarının əsərləri səslənəcək. 

Mətbuat konfransında İtalyan dilinin dünyanın ən populyar dillərindən biri olduğunu və Azərbaycandan bir çox insanların İtaliyada təhsil aldığı qeyd edildi.

İtalian dili həftəsinin programı

Monday - 16 October

19.00-21.00                       Opening Ceremony

                                           Cinema Music Concert 35 MM Music in Movies

                                           International Mugam Center (only by invitation)

Tuesday - 17 October

10.30-13.00                       MasterClass – The Sound Engineering in Italian Cinematography - Gilberto Martinelli

                                           Baku Media Center (free entrance)

18.30-21.00                       Screening of Il Giovane Favoloso (Leopardi)- Mario Martone

                                           Landmark (free entrance)

Wednesday - 18 October

18.30-20.00                       Screening of I Malavoglia (I Malavoglia)- Pasquale Scimeca

                                           Landmark (free entrance)

Thursday - 19 October

18.30-20.30                       Screening of I Vicerè (I Vicerè) - Roberto Faenza

                                           Landmark (free entrance)

Friday - 20 October

18.30-20.00                       Screening of La Mafia uccide solo d’estate (The Mafia Kills only in Summer)-  Pierfrancesco Diliberto

                                           Landmark (free entrance)

Saturday - 21 October

17.00-18.00                        Press conference for the presentation of: Tutto quello che vuoi (Everything    you want), with the movie director Francesco Bruni

18.00-19.45                        Screening of Tutto quello che vuoi (Everything you want) - Francesco Bruni

19.45-20.30                        Debate with the movie director

                                            Park Cinema (free entrance)

Sunday - 22 October

18:30-20.05                       Screening of Scialla! (Stai sereno) - Francesco Bruni

20.05-20.35                       Debate with the movie director

                                           Landmark (free entrance)

Monday – 23 October

10.00-12.00                       MasterClass – Scialla! Generations and language in contemporary Italian      cinema - Francesco Bruni

                                           Language University – Italian Department (for students)

During the Week, along with the proposed events, an itinerant exhibition of Italian classic film posters will be presented!

Müəllif: Pünhan Sultanov

Mənbə