Avropa Azərbaycanda

Bakıda Gənc Avropa Səfirləri təşəbbüsü çərçivəsində müxtəlif tədbirlər keçirilmişdir

2018/12/06 / 25

Dekabrın 4-də Azərbaycanı təmsil edən "Gənc Avropa Səfirləri" tərəfindən uşaqlar üçün aşpazlıq sənətinin sirlərinə dair kiçik ustad dərsləri təşkil olunmuşdur. Eşitmə və danışma məhdudiyyətli uşaqlar öz yaradıcılıq qabiliyyətlərinə və zövqlərinə görə fərdi şəkildə pizza hazırlayıblar. Onlar həmçinin "Mənim ən böyük arzum" mövzusunda rəsm müsabiqəsində iştirak edərək əylənib, hədiyyələr qazanıb və sertifikat alıblar.

"Gənc Avropa Səfirləri" inanırlar ki, uşaqlar diskriminasiyanın hər hansı formasını hiss etməməlidirlər və bu səbəbdən onlar bu cür inkluziv layihə təklifi ilə çıxış ediblər.

 "Hər kəs üçün asudə vaxtın səmərəli keçirilməsi" şüarı ilə keçirilən tədbir, iştirakçılara yaradıcı və müstəqil olmaq, eləcə də digər uşaqlar kimi həftə sonundan zövq almaq imkanı verir. Azərbaycanı təmsil edən "Gənc Avropa səfiri" Paşa Babayev bildirir: "İndividuallaşma erasında yaşayırıq. Əqli və ya sağlamlıq vəziyyətindən asılı olmayaraq hər kəsə öz individuallığını göstərmək imkanı verilməlidir". Aşpazlığa dair ustad dərslərindən sonra tədbir rəsm müsabiqəsi ilə davam edib. "Hər bir uşağın şəxsi inkişafı üçün istisnasız, bərabər rəqabət ruhuna malik olmasını təmin etmək çox vacibdir. Bu kiçik müsabiqə onlarda qələbəyə maraq oyatmaq məqsədi daşıyır", - deyə tədbirin təşəbbüskarı Səbinə Şərifova vurğulayır.

Sözügedən tədbir Ümumdünya insan hüquqları bəyannaməsinin 70-ci ildönümü (10 dekabr, 1948-ci il) ərəfəsində baş tutmuşdur və bütün uşaqlar üçün bərabər hüquqlar ideyasını təmsil edir. Gənc Avropa Səfirləri tərəfindən təşkil olunan bu tədbir heç bir stereotipin mövcud olmadığı inkluziv cəmiyyətin təşviq olunmasına yönəlmişdir.

"Gənc Avropa Səfirləri" (YEAs) təşəbbüsü, Avropa Ittifaqı tərəfindən maliyyələşən və Aİ və Şərqi tərəfdaş ölkələrdəki gənclər və gənclər təşkilatları arasında əməkdaşlığı inkişaf etdirir.

Şəbəkə Aİ haqqında qarşılıqlı fikir mübadiləsi və Aİ haqqında məlumat mübadiləsi aparmaq üçün onlayn platforma rolunu oynayır və eləcə də gənclərin fikir və baxışların yayılması fəaliyyətinə cəlb olunmasını təşviq edir. Bu şəbəkə Aİ haqqında daha geniş təsəvvürün və qavrayışın formalaşmasına və onun Şərq Qonşuluğu ölkələri ilə münasibətlərinin yüksək qiymətləndirilməsinə töhfə verən insanlar arasında əlaqələr və dialoqların əsas yer tutduğu fəaliyyətlərə yönəlib.

 

 Daha ətraflı:

 "Gənc Avropa Səfirləri" təşəbbüsü

Gənc Avropa Səfirləri şəbəkəsinə buradan qoşulun

Hazırki Gənc Avropa Səfirləri ilə buradan tanış ola bilərsiniz

Gənc Avropa Səfirləri fəaliyyətdə (fotolarvideolar)