Avropada Təhsil

Bakıda "Ca' Foscari"-nin ofisi açılacaq

2018/06/11 / 430

Venesiyanın Ka` Foskari (Ca' Foscari) Universitetinin Bakı ofisinin açılışı ilə bağlı həmən universitetin Beynəlxalq Əməkdaşlıq ofisinin nümayəndəsi Kristina Stermolenin və uzun müddət Azərbaycanla bağlı araşdırmalar aparan, ölkəmizin İtaliyada tanınmasında əvəzolunmaz töhvəsi olan Karlo Frappi 4-8 iyun ölkəmizin qonağı oldu.

Səfər zamanı qonaqlar Bakı ofisinin açılışı üçün son hazırlıqlarla bağlı yerli təmsilçilər ilə görüşlər keçirdi. Daha sonra qonaqlar ölkəmizin aparıcı təhsil ocaqları olan - ADA Universiteti və Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr şöbələri ilə görüşlər keçirdilər. Görüşlər tanışlıq xarakteri daşısa da gələcək əməkdaşlıqlara dair çoxlu ortaq nöqtələr tapılaraq icraat üçün nəzərə alındı.

Venesiya universitetinin nümayəndəsi görüşlərin hər birindən məmnun olduğu bildirərək Ka' Foskariyə ölkəmizin təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq potensialını çatdıracağını bildirdi.