Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri və Park Cinema ilə əməkdaşlıqda Bakıda 10-cu Avropa Film Festivalını təşkil olunmuşdur.

Fistivalın açılışı 2 oktyabr Park Bulvarda yerləşən Park Cinema-da keçirildi. Tamaşaçılara Finlandiyanın “Son Razılaşma” və Macarıstanın “Saulun oğlu” filmləri təqdim olunmuşdur.

Bakıda Avropa Film Festivalının 10 illik yubileyi ilə bağlı on dörd məftunedici Avropa kino günləri keçiriləcəkdir. Proqrama 14 Avropa İttifaqı ölkəsindən (Xorvatiya, Çex Respublikası, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, İspaniya və İsveç) və Azərbaycandan 15 filmin nümayişi daxildir. Filmlər bütün seyrçi kütlələri üçün seçilmişdir. Avropa Film Festivalı 2-16 oktyabr tarixlərində keçiriləcəkdir. Giriş sərbəst olacaqdır, ancaq biletlər filmin nümayiş olunduğu gündə müvafiq kassalardan əldə edilə biləcəkdir.

Filmlərin cədvəli: https://sizinavropa.az/az/full-calendar