Son xəbərlər

Bakı sakinləri bir gecəlik Kosta Rikaya səyahət etdilər

2018/07/23 / 397

22 İyul United Cultures şirkətinin təşkilatçılığı ilə Bakının sakinləri bir axşamlıq Mərkəzi Amerikanın möcüzəsi olan Kosta Rikaya səyahət etmə imkanını əldə etdilər. Səyahət boyu qonaqlar möhtəşəm istirahət keçirməkləri ilə yanaşı, həm də Kosta Rika qəhvəsinin və  təamlarının dadına baxmışlar. Kosta Rikanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçiriliən tədbir 1948-ci ildə Kosta Rikada baş verən inqilabın 70 illiyinə təsadüf edib.

Tədbirin açılışını edən Aİ-nın Azərbaycandakı nümaiəndəliyin rəhbərinin birinci müşaviri Denis Daniilidis qonaqları salamlayaraq sözü Kosta Rikanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Xaero Lopeazə verib. Cənab Lopez qonaqları salamlayaraq onlara Kosta Rika haqqında maraqlı məlumtları bölüşüb. 

 

 

Daha sonra qonaqlara rejissor Andrea Kalinin  "İnqilabın birinci xanımı" (Kosta Rika, 2016) adlı  tam metrajlı sənədli filmi nümayiş etdirildi. 

Film 1948-ci ildə silahlı qüvvələri ləğv edərək Kosta Rikanın taleyini dəyişdirən, ölkədə sonuncu hərbi münaqişəni həll edən Xose Figeres Fereranın həyat yoldaşı və jurnalist Henriyetta Boqsun həyat hekayəsini izah edir. Henriyetta Boqs 1948-ci il inqilabında qəbul olunan bir çox qərarların, o cümlədən qadınlara səsvermə hüququnun verilməsinin qəbuluna təsir etmişdir.  Henriyetta Boqs yeni bir millət yaratmaqda, sülh dövlətinin nümunəsi olan kiçik bir ölkənin tarixinin dəyişdirilməsində mühüm rol oynamış bir xanımdır. Bu il Henriyetta Boqs 100 illiyini qeyd edir.

 

 Qeyd edək ki bu tədbir United Cultures-ın Travelers Club layihəsinin çərçivəsində keçir. Travelers Club United Cultures-ın səyahəti sevən Bakı sakinlərini bir yerə toplamaq məqsədi daşıyır. Travelers Club hər ay Bakı sakinlərini onlarla birgə dünyanın möcüzəli və maraqlı yerlərini kəşf etməyə dəvət edir.