Avropa Azərbaycanda

Azərbaycan Respublikasında hüquq mühafizə orqanlarının qadın əməkdaşları üçün MOBILAZE layihəsi çərçivəsində seminar  

2019/03/11 / 43

Bakı, 11 mart 2019-ci il

Avropa Ittifaqı(Aİ) və Azərbaycan arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlıq Bəyannaməsi çərçivəsində həyata keçirilən Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE)” layihəsinin məqsədi nizamlı miqrasiya idarəçiliyini gücləndirmək məqsədilə Yerdəyişmə üzrə Tərəfdaşlığı imzalayan iştirakçı ölkələr arasında birbaşa mübadilə üçün möhkəm zəmin və real imkanlar yaratmaqdır.  

Beynəlxalq Qadınlar Günü münasibətilə, Azərbaycan Respublikası dövlət orqanlarının nümayəndələri, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Çexiyadan və Latviyadan ixtisaslaşmış ekspertlər və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) 2019-ci il martın 12-14-də  seminarda bir araya gələcəklər. Seminarın məqsədi Azərbaycan Respublikası sərhəd və miqrasiya idarəçiliyi orqanlarından qadın əməkdaşları məlumat mübadiləsi üçün bir araya gətirmək, eləcə də istər qurumlararası, istərsə də qurumdaxilində onların gündəlik vəzifələrinin icrasının səmərəliliyini artırmaqdır. Seminar zamanı iştirakçılar nəinki nəzəri bilik əldə edəcək, həm də gündəlik praktikada tətbiq etmək üçün bəzi məsləhətlər əldə edəcəklər.  Tədbir Bakı ş., “Hyatt Regency Baku” mehmanxanasınınNizami” zalında keçiriləcəkdir.  

Aİ tərəfindən maliyyələşdirilən MOBILAZE layihəsinin ümumi məqsədi miqrasiya sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi üçün Azərbaycan Hökumətinin potensialının artırılmasına xüsusi diqqət yetirməklə Yerdəyişmə üzrə Tərəfdaşlığın icrasını dəstəkləməkdir. Layihənin xüsusi məqsədləri Azərbaycan Hökumətinin miqrasiya sahəsindəki monitorinq, təhlil və proqnozlaşdırma potensialının artırılması, əmək miqrasiyası, sənədlərin təhlükəsizliyi, milli sığınacaq siyasəti sahəsində və geri qayıdan Azərbaycan vətəndaşlarının davamlı reinteqrasiyasını həyata keçirilməsində idarəçiliyi və potensialı gücləndirmək, o cümlədən Aİ və Azərbaycan arasında yerdəyişməyə dair ictimai məlumatlılığı artırmaqdır.

AI-nin Azərbaycandakı Nümayəndəliyinin müşavir-elçisi Simona Gatti və Latviya Respublikasının Azərbaycandakı səfiri Z.A. Juris Maklakovs tədbirin açılış hissəsində iştirak edəcəklər.

Kütləvi informasiya vasitələrinin nümayəndələri 2019-ci il martın 12-də saat 09:00-da tədbirin açılış hissəsinə (Azərbaycan/ingilis dillərində tərcümə təmin olunacaqdır) dəvət olunur. İlkin proqram əlavə olunur.

 

Əlavə məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz:

MOBILAZE Layihə koordinatoru

Violeta Vaqner, ICMPD

T: +43 1 504 46 77 – 2391

Mob: +43 676 714 06 19

Email: Violeta.Wagner@icmpd.org

 

MOBILAZE Milli layihə rəhbəri

Elnur Nəsibov, ICMPD

Mob: + 994 50 225 75 65

E-mail: Elnur.Nasibov@icmpd.org    

Facebook hesabı: ICMPD in Azerbaijan

Website: www.icmpd.org

 

Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir

Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi

Ünvan: Landmark III, 11-ci mərtəbəç 90A Nizami küçəsi

AZ1010 Bakı Azərbaycan

Tel: +994 12 497 20 63

Fax: +994 12 497 20 69

 

Layihə ICMPD tərəfindən həyata keçirilir

Ünvan: World Business Centre, 18-ci mərtəbə, Səməd Vurğun

küçəsi,

AZ 1014, Bakı, Azərbaycan

Tel: +994 12 597 48 68

Fax: +994 12 597 48 71

 

Ümumi məlumat:

 1993-cü ildə Avstriya və İsveçrə tərəfindən təsis edilmiş Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICMPD) miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatdır. ICMPD bütün dünyada, o cümlədən Avropada, Afrikada, Mərkəzi Asiyada, Yaxın Şərqdə və Latın Amerikasında fəaliyyət göstərir. ICMPD, altı Kompetensiya Mərkəzi vasitəsilə ona üzv olan 15 dövləti və çoxsaylı tərəfdaşlarını miqrasiya fenomeni ilə bağlı dərin biliklər və ekspertiza ilə təmin edir. Bu, holistik 3 pilləli yanaşma  - tədqiqat, potensialların qurulması və miqrasiya dialoqları vasitəsilə həyata keçirilir.

 

“Azərbaycanla Mobillik naminə Tərəfdaşlığın  həyata keçirilməsinə dəstək (MOBILAZE)” layihəsi miqrasiya sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi üçün hökumətin potensialının artırılmasına xüsusi diqqət yetirməklə, Avropa İttifaqı ilə Azərbaycan arasında Mobillik naminə Tərəfdaşlığın  həyata keçirilməsini dəstəkləmək məqsədi daşıyır. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) Aİ ilə Azərbaycan arasında hazırki əməkdaşlığın bazasını təşkil edir. Bu Saziş 1999-cu ildə qüvvəyə minmiş, Avropa Qonşuluq Siyasəti üzrə (AQS) Fəaliyyət Planı isə 2006-cı ildə qəbul edilmişdir. Azərbaycan ilə Mobillik naminə Tərəfdaşlıq 2013-cü ildə imzalanmış, Viza Rejiminin Sadələşdirilməsi və Readmissiya Sazişi isə 2014-cü ildə qüvvəyə minmişdir.

 

Layihə Aİ-nin Xarici Fəaliyyəti/İnkişaf üzrə Əməkdaşlıq Aləti (DCI) çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Layihə 2016-ci ilin yanvarında başlamış və 2019-cu ilin yanvarınadək davam edəcəkdir.

 

ICMPD və MOBILAZE barədə əlavə məlumat üçün www.icmpd.org və ya Facebook hesabına ICMPD in Azerbaijan baxa bilərsiniz: