Xarici ölkədə turist kimi görünməyin nəticəsi, ciddi hadisələrdən (aldatma və oğurluq hədəfinə çevrilmək) tutmuş gülməli hadisələrədək (azmaq, məyusluq, ictimai qınaq) kimi dəyişə bilər. Avropaya səfər zamanı nəzərə alınmalı və unutmamalı olduğunuz müəyyən hallar mövcuddur.

1. Ofisiantı əlinizi yelləyərək çağırmayın

http://www.lefigaro.fr/emploi/2015/04/16/09005-20150416ARTFIG00159-il-y-a-17-million-de-postes-a-pourvoir-en-france.php

 

Avropa ölkələrində restoranda yemək yeyərkən, yaxud barda dincələrkən əməl edilməli olan müəyyən etik qaydalar mövcuddur. Bəzən, gedəcəyiniz yerdə müştəri çox olduqda, ofisiantın sizin masanıza yaxınlaşıb sifarişi götürməsi vaxt tələb edə bilər.

Onları əl yelləməklə çağırmaq əvəzinə siz ya onlara gözlə işarə edə, ya da sifarişinizin hələ qəbul edilmədiyini bildirmək üçün bir az əlinizi yuxarı qaldıra bilərsiniz. Onları əl yelləyərək çağırmaq olduqca ədəbsizlik və hörmətsizlik hesab olunur.

2. Piyada gəzmək üçün velosiped yolundan istifadə etməyin

https://bicilonatours.com/2017/02/13/cycling-barcelona-rules-regulations/

 

Velosiped Avropanın bir neçə ölkəsində daşınmanın ən səmərəli üsuludur və yaxşı inşa edilmiş velosiped yolları insanların iş yerinə vaxtında çatmalarına kömək edir. Bununla da, velosiped yolunda gəzmək ciddi xəta sayılır və həmçinin, həm velosipedi sürən şəxs, həm də sizin üçün olduqca təhlükəli ola bilər.

3. Hamının ingilis dilini bildiyini düşünməyin

https://northwesttravelitaly.wordpress.com/2014/12/18/you-are-in-venice-and-you-want-to-visit-the-surroundings/

İngilis dilinin ən çox danışılan və istifadə edilən dil olduğuna baxmayaraq, Avropa ölkələrinin bəzilərində (hətta ikidilli və ya üçdilli) bu dili bilməyən insanlara rast gəlmək mümkündür.

Restoran, muzey, kafe və s. kimi ictimai yerlərdə siz ingilis dilində danışan ofisiant və ya xidməti personalla qarşılaşa bilərsiniz. Bununla belə, xidməti personalın dili bilmədiyi ictimai yerlər mövcuddur, buna görə də yerli dildə bir neçə əsas sözü və ifadəni öyrənmək sizə kömək edə bilər. 4

4. Yolun keçilməsi qaydalarını pozmayın

https://www.videoblocks.com/video/pedestrians-jaywalking-oxford-street-london-4se6fmp

İşıqforun işığı nəqliyyat vasitələri üçün qırmızı yanmayınca, küçəni keçməyin. Yolda maşının olub-olmadığı fərq eləmir, yalnız qırmızı işıq yanan zaman küçəni keçin. Yolun keçilməsi qaydalarını pozsanız, cərimə oluna bilərsiniz.

5. Özünüzlə çox şey götürməyin

 

https://slightnorth.com/standard-luggage-co-carry-on-backpack-review/

 

Özünüzlə daşıya bilməyəcəyiniz çamadanları götürməyin, çünki yollara döşənən qəmbər daşlar və nəhəng çamadan bir araya sığmır. Sizin təyyarədə qeydiyyatdan keçməyiniz, onun qatarın girəcəyindən asanlıqla keçəcəyi və ya onu otelinizə gedən nahamar, enişli-yoxuşlu yolla daşımaq istəyəcəyiniz demək deyil. Daha kiçik, altı diyircəkli çantalardan istifadə edin.

6. Yerli açılış və bağlanış tarixlərini və vaxtlarını yoxlayın

https://www.theguardian.com/travel/2017/aug/15/slow-train-spain-feve-railway-santander-asturias-galicia

Turizm mövsümi sahədir və buna görə də, siz mövsümdən kənar məzuniyyət götürməyə qərar versəniz, siyahınızda olan bəzi görməli yerlər və turizm məkanları həmin vaxt bağlı ola bilər. Qabaqcadan planlaşdırın və muzey, restoran, mağaza, yaxud turizm məkanının milli bayramlar və ya gözlənilmədən keçirilən tətil səbəbindən bağlı olmadıqlarına əmin olmaq üçün araşdırma aparın.

 

 

 

Mənbə:

https://www.thrillist.com/travel/nation/the-biggest-mistakes-you-can-make-traveling-in-europe

https://traveltriangle.com/blog/things-not-to-do-in-europe/

https://www.huffpost.com/entry/6-ways-to-humiliate-yours_b_6799202?guccounter=1