Avropa Mədəniyyəti

Avropanın möhtəşəm musiqi festivalları

2018/06/14 / 443

Avropanın  möhtəşəm musigi festivalları

 

Musigi festivalları artıq çoxdandır ki, milyonlarla insanların istirahət ənənəsinə çevrilib. Yay boyu Avropada möhtəşəm musigi festivalları keçirilr.  SizinAvropa sizin üçün möhtəşəm və maraqlı musigi festivalları təqdim edir.

 

  1. “Glastonbury” festivalı (İngiltərə)

Beş günlük musigi festival olan Glastonbury İngiltərədə 1970-ci ildən keçirilir. Bu dövr ərzində festivalın səhnəsində çoxlu sayda doğrudan da tarixə düşən musigi çıxışları olub. Yaranmasının ilk illərindən bəri British Woodstock adlananan bu festival İngiltərən ən böyük və mühüm musigi hadisələrindən biri sayılır. Glastonbury festivalı təkcə rok konsertləri ilə məşhur deyil, burada həmçinin rəqs, folklor, teatr və sirk qruplarının çoxsaylı çıxışları eləcədə incəsənət sərgiləri də keçirilir. Bu il festival 26 İyun tarixində başlayaraq İyun ayının 30-dək davam edəcək.

 

 

Bilet əldə etmək üçün linkə daxil olun:

http://www.glastonburyfestivals.co.uk/information/tickets

 

  1. “Tomorrowland” festivalı (Belçika)

 

Tomorrowland elektron musigi festivalı Belçikanın Bum şəhərində hər il iyulun sonuncu istirahət günü keçirlir. Bu festivala 200-minə yaxın insan və 100-lərlə DJ qatllaraq əla tərtib edilmiş səhnələrdə konsert verirlər. Bu günə qədər festivalda 15 qurulmuş səhnədə 400 DJ çıxış edib. Onların arasında dünyaca tanınmış  Armin van Buuren, Ferry Corsten, Skrillex, Avicii, Marco Bailey, Skazi, David Guetta, Nervo, Hardwell, Swedish House Mafia, Afrojack, Steve Aoki, Carl Cox, The Bloody Beetroots, Paul van Dyk, Martin Solveig, Chuckie, Fatboy Slim, Dimitri Vegas & Like Mike, Pendulum var. Bu il festival çərçivəsində rekord sayda - 400000 bilet satılıb. Bu il festival 20 İyul tarixində başlayaraq İyul ayının 29 qədər davam edəcək.

 

Bilet əldə etmək üçün linkə daxil olun:

https://www.tomorrowland.com/en/festival/tickets

 

 

  1. “Roskille” festivalı (Danimarka)

Avropanın ən böyük musigi hadisələrindən biri də Danimarkada keçirilir. “Roskilde” adlanan  festival Danimarka musiqi mədəniyyətinin ən əhəmiyyətli hadisələrindən biridir. Festival cəmi 8 gün ərzində 180-dən artıq musigiçini qəbul edir. Festival ilk dəfə 28-29 avqust 1971-ci il tarixində keçirilmişdir və "Sound Festival" adlandırılmışdır. Festivalın iki tələbə - Mogens Sandfer və Jesper Meller tərəfindən təşkil edilmişdir. Iki gün ərzində 20 qrup çıxışı və bir gündə 10.000 nəfər toplamağı ilə yadda qalıb. Festivalda Bob Marley (1978), U2 (1982), Metallica (1986), Nirvana (1992), Radiohead (1997) və digər dünya ulduzları da iştirak etmişdir. Bu il festival 30 İyun tarixində başlayaraq İyul ayının 7 qədər davam edəcək.

 

Bilet əldə etmək üçün linkə daxil olun:

https://www.roskilde-festival.dk/tickets

 

  1. “Melt” festivalı (Almaniya)

 

Almaniyada ən böyük musiqi festivallarından biri olan Melt, hər yay Barqxayder gölünün ətrafında dondurulmuş metal titanları sahəsini canlandırır. Festivalın əsası 2007-ci ildə qoyulub.  "Melt!" - Primavera Sound, Rock am Ring, Wight İsle of Wight, Glastonbury, Sziget, Roskilde və Tomorrowland kimi nəhəng festivllar ilə birlikdə Avropanın yay əyləncəli təqviminin ən vacib hadisələrindən biridir.  Bu il festival 13 İyul tarixində başlayaraq İyul ayının 15 qədər davam edəcək.

 

Bilet əldə etmək üçün linkə daxil olun: 

https://meltfestival.de/en

 

  1. “Sziget” festivalı (Macarıstan)

 

Sziget Avropanın ən böyük musiqi, mədəniyyət və incəsənət festivalıdır. Festivala müxtəlif janrlarda fəaliyyət göstərən qruplar daxildir.  Festival 1993-cü ildən Obud adasında keçir. 2016-cı ildə festivala dünyanın 100 ölkəsindən 496 min tamaşaçı qatılıb. Bu il festival 8 Avqust tarixində başlayaraq Avqust ayının 15 qədər davam edəcək.

 

Bilet əldə etmək üçün linkə daxil olun:

https://meltfestival.de/en/#tickets