Xaricdə ali təhsil almaq - hər bir tələbənin qarşısında geniş imkanlar açır. Əsas üstünlüklər sırasında beynəlxalq dərəcəli diplomun əldə edilməsi, dünyanın bir çox ölkələrində iş tapmaq imkanı, yüksək həyat və gəlir səviyyəsini qeyd etmək lazımdır.  

Lakin əksər hallarda tələbələrdə sual yaranır ki, təhsil üçün hansı ölkəni seçmək lazımdır və biz sizə bu işdə kömək etməyə çalışacağıq.

Büdcə

Ali məktəb və ölkə seçimi əlbəttə ki, sizin nəyə üstünlük verdiyinizdən asılıdır, lakin həmişə sizdən asılı olmayan vacib amillərdən biri də büdcədir. İlk növbədə, istədiyiniz ölkələrdə yaşamaq üçün nə qədər xərcləməli olacağınızı öyrənmək lazımdır. Məsələn, İngiltərə dünyanın ən bahalı ölkələrindən hesab olunur, Çexiya isə bir çox tələbənin seçə biləcəyi bir variantdır.

İxtisas

Ölkə seçimi ilk növbədə ixtisas seçimindən asılıdır. Seçəcəyiniz sahədə mütəxəssislərin ən yaxşı öyrədildiyi yerlərə baxın və onlardan hansında ən çox yaşamaq istədiyinizə qərar verin. 

Təhsil sistemi

Xarici vətəndaşların təhsili ilə bağlı təhsil sistemini və yerli qanunvericiliyi mütləq öyrənmək lazımdır. Məsələn, Fransa və İtaliya kimi ölkələrdə məktəbdən dərhal sonra universitetə daxil olmaq mümkün olmayacaq - əvvəlcə o ölkələrdə hazırlıq kurslarında bir il təhsil almaq lazımdır.

İş icazəsi

 

Əsas amillərdən biri də xarici tələbələr üçün iş icazəsidir. Əgər təhsillə paralel işləmək istəyirsinizsə, onda sizi maraqlandıran ölkədə buna icazə verildiyini öyrənin.

Ölkə dili

Ölkə dili də böyük rol oynayır. Məsələn, Böyük Britaniya, orada  İngilis dilində danışıldığı üçün, cəlbedicidir, orada auditoriyadan kənar ünsiyyətdə problem olmayacaqdır. Hollandiyada bir çox ingilis dilli proqramları var və əhali bu dili mükəmməl bilir. Almaniyada da ingilis dilində təhsil almaq üçün bir çox imkanlar var, lakin alman dilli proqramlar çoxluq təşkil edir və müvəffəqiyyətli bir karyera qurmaq üçün alman dili tələb olunur. Fransada isə öz dillərinə qarşı həssasdırlar, buna görə həm universitetdə, həm də küçədə fransız dilini bilmək zəruridir. 

Şəhər seçimi

 

Ölkəni müəyyən etdikdən sonra, şəhərin seçiminə keçmək olar. Bəzi ölkələrdə (xüsusilə kiçik dövlətlərdə) ən yaxşı ali təhsil müəssisələri paytaxtda cəmlənmişdir, məsələn Çexiyanın Karlov Universiteti. Böyük Britaniya və ya Almaniyada isə əla universitetlər bütün ölkə üzrə var. Paytaxtda və kiçik şəhərlərdə olan ali məktəblərin qiymətləri arasında əhəmiyyətli fərq olacaq, lakin təhsil səviyyəsi eyni qalacaq.