Film və ya televiziya seriyalarının çəkildiyi məkanlara şəxsən səfər etməkdə həyəcanlandırıcı məqamlar mövcuddur, çünki bu məkanların seçilməsinin səbəbi vardır – adətən bu səbəb onların gözəl təbiəti, özünəməxsus xüsusiyyətləri və ya unikal arxitekturasından ibarət olur. Səbəbim nə olmasından asılı olmayaraq, Avropada olarkən baş çəkə biləcəyiniz xeyli sayda məşhur  film çəkilişi məkanları mövcuddur. 

https://www.greatrail.com/holiday-destinations/europe/southern-europe-mediterranean/

1. Xaç atası: Siciliya, İtaliya

Əfsanəvi “Xaç Atası” qanqster filminin müəllifi ssenarini Siciliyanın məşhur mafiyasının törətdiyi real hadisələrdən götürmüşdür. Bu İtalyan adasına səfər dərhal sizi filmin real çəkiliş versiyasına aparacaq. Filmdə yer alan Korleone ailəsinin Siciliyanın Korleone şəhərindən gəlməsinə baxmayaraq, mənzərəli çəkilişlərin əksəriyyəti Savokada cərəyan edir.

https://www.roadaffair.com/best-things-to-do-in-salzburg-city/

2. Musiqi Sədaları: Salzburq, Avstriya

Avstriyanın Salzburq şəhəri dünyanın ən məşhur və təsirli musiqili filmlərindən  birinin məkanıdır. Səmaya ucalan dağlar və səs-küylü şəhər üzərində sehrli qəsr bu şəhərə mütləq şəkildə  səfər etməyin zəruri olduğunu göstərir. 

https://happytowander.com/croatia-pictures/

3. Taxt Oyunları: Dubrovnik, Xorvatiya

Son vaxtlar Avropada ən məşhur film çəkilişləri məkanı on illiyin ən məşhur televiziya şoularından biri olan “Taxt Oyunları”nın çəkildiyi məkandır. Siz ən azı üç Avropa şəhərində tanış səhnələri görə biləcəksiniz, lakin  onlar Dubrobnikdə olduğu kimi dramatik və cəlbedici olmayacaqlar.

https://travelandsport.com/charles-bridge-in-prague/

4. Amadey: Praqa, Çex Respublikası

Praqada çəkilmiş ən məşhur klassik film 1984-cü ildə çəkilmiş və bir neçə tanış açıq  məkanlardan istifadə edilmiş Amadey filmi ola bilər. “Yerinə yetirilməyən missiya” və “Royal Kazinosu” filmləri kimi son dövrlərin ən məşhur filmləri dünyanın hər yerindən kino fanatlarını orijinal film çəkilişi məkanları axtarmağa sövq etməkdə davam edir. 

https://theculturetrip.com/europe/spain/articles/12-reasons-why-you-should-visit-almeria-europes-only-desert/
5. Yaxşı, Pis və Hirsli: Almeria, İspaniya

Andaluziyanın Almeriya şəhəri və onun yaxınlığında yerləşən Tabernas Səhrası onlarla məşhur film üçün bədii tərtibat olmuşdur. Siz “Yaxşı, Pis və Hirsli” filminin qəhrəmanı Klint İstvudun fanatısınızmı?  Cənubi İspaniyanın bu əzəmətli, gözəl bölgəsini dərhal tanımaq mümkündür. 

 https://www.discovergreece.com/en/a-story-a-day/spirited-stylish-and-historic-skiathos-is-just-irresistible
6. Mamma Mia: Skiatos and Skopelos adaları, Yunanıstan

 “Mamma Mia” ekstravaqant musiqili filmdə Hollywood-un ən məşhur adları yer alıb. Bu film Yunanıstana, xüsusilə də heyranedici Skiatos adasına  kütləvi axına səbəb olmuşdur. Burada siz filmdən sizə yaxşı tanış olan pivəxanalara və gözəl qumsal çimərliklərə rast gələ bilərsiniz.

 

Mənbə:

https://blog.eurail.com/famous-filming-locations-in-europe/