Avropa Mədəniyyəti

Avropada ilk lotereya

2019/02/23 / 84

Nərmin Əsəd.

Lotereyalar və loto oyunlarının necə yaranması ilə heç maraqlandınız mı ? Kim onları icad etdi? Onlar haradan qaynaqlandı? Keçmişdə oynanılan lotto oyunları bu gün oynadıqlarmızdan nə ilə fərqlənirdi?

24 fevral 1466-cı ildə Belçikanın Brügge şəhərində, Avropanın lotereya tarixində tanınan, Jan van Eyckin həyat yoldaşı tərəfindən ərinin ölümünün 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Beləliklə rəssamın həyat yoldaşı Margaret van Eyck , 1446-cı ildə  lotereya təşkil edən ilk Avropalı olmuşdur. Bu lotereya təbiəti etibarilə daha fərqli idi və qaliblər rəsm əsərləri ilə mükafatlandırılırdı. Bir bilet satın alan hər kəs pul mükafatı qazanmaq üçün də şansınızı sınayırdı.

Jan van Eyck(1385-1441)

 

1465-ci ildə Belçikada kasıb evlərin, ibadətgahların saxlanılması  və  kanalların tikilməsi  üçün vəsait qazanmaq üçün müntəzəm lotereyalar keçirilmişdir. Bu müsbət təcrübəni nəzərə alaraq, Fransa kralı 1520-1532-ci illərdə Francis I bir çox şəhərlərdə "fərdi və ictimai gəlir əldə etmək üçün" lotereya keçirilməsinə icazə vermişdi. Amma ilk dəfə bilinən böyük miqyaslı lotereya, 1530-cu ildə Florensiyada keçirilmiş "De Lotto de Firenze" adlandırılan lotereyadır, hansı ki, burada qaliblərə böyük məbləğli pullar ödənmişdi. Tezliklə Fransanın kralı Francis I xəzinənin borcunu ödəmək üçün lotereya təşkil etməyə başladı. Onun müvəffəqiyyəti çox böyük idi ki, tətbiq tez bir zamanda digər italyan şəhərlərinə də yayıldı. İngiltərə də çox geridə qalmadı və 1567-ci ildə Kraliça Elizabeth birinci lotereyaya başladı və satış üçün 400.000 bilet təklif etdi.

 

İtaliya birləşməsindən sonra ilk milli lotereya 1863-cü ildə müntəzəm həftəlik lotereya şəklində təşkil olunmuşdur. Lotereyanın məqsədi dövlət üçün pul yığmaq idi. Lotereyanın gəlişi ilə eyni zamanda demək olar ki, bu sui-istifadə edilərək tez-tez fırıldaqçılığa gətirib çıxarmışdı. Amma dövlət hələ də qazanırdı. Sidneydə qumar oyunlarından alınan vergi ilə Opera binası tikildi. Müxtəlif ölkələrdə və müxtəlif vaxtlarda lotereyalar qadağan edilirdi, sonra isə icazə verilirdi.

Yüzlərlə, hətta minlərlə il boyunca dünyanın müxtəlif ölkələrində lotereyalar müxtəlif mədəniyyətlərin insanları tərəfindən sevilmişdir. Bu gün belə çoxlu sayda lotereyanın oynanması keçmiş dövrdən çox da fərqlənmir. Oyunçular bilet alır və onların nömrələrinin çəkilməsi ümidi ilə qalib olmağa çalışırlar.