Avropa Azərbaycanda

Avropa Həmrəylik Korpusu - Açılış tədbiri

2018/12/11 / 168

Sağlam Düşüncə Gənclər Təşkilatı • SDGT, Gənclər və İdman Nazirliyi, Polşa milli Agentliyinin tərkibində fəaliyyət göstərən SALTO Eastern Europe and Caucasus və Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə Avropa İttifaqının yeni proqramı-Avropa Həmrəylik Korpusu (European Solidarity Corps (ESC)) proqramına Şərqi Avropa və Qafqaz ölkələrinin də qoşulması və Azərbaycan gəncləri üçün yaranan yeni imkanlarla tanış olmaları ilə əlaqədar 17 dekabr 2018-ci il tarixində saat 15:00-da Sabunçu Gənclər Evində açılış tədbiri təşkil edəcək. 

Belə ki, Avropa Könüllülük Xidməti (European Voluntary Service) Erasmus+ proqramının tərkibindən çıxardılaraq Avropa Həmrəylik Korpusu (ESC) adlı yeni bir proqram yaradılmışdır. Yeni proqramın təqdimatı zamanı Azərbaycan gəncləri və gənclər təşkilatları üçün yaranan imkanlar haqqında danışılacaq və Avropa Könüllük Xidmətində iştirak etmiş gənclər öz təcrübələrini bölüşəcəklər. Həmçinin SALTO-un Şərqi Avropa və Qafqaz ölkələri üzrə nümayəndəsi proqramla bağlı gəncləri maraqlandıran sualları cavablandıracaq. 

Tarix: 17.12.2018 | saat: 15:00 
Ünvan: Yavər Əliyev küçəsi 91. Sabunçu Bakı.
Əlaqə nömrəsi: +994558237290
Email: info@csyo-az.org