Avropa Azərbaycanda

Aİ Azərbaycanda kənd təsərrüfatına dair elektron məlumat bazasının monitorinq sisteminin təkmilləşdirilməsinə yardım göstərəcək

2018/01/29 / 264

Kənd təsərrüfatına dair elektron məlumat bazasının monitorinq sisteminin yaradılmasında Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə yardım etmək məqsədilə Aİ-nin Macarıstandan olan mütəxəssisi yanvarın 29-da Azərbaycanın paytaxtı Bakıya səfər edəcək. Missiyanın gündəliyinə bu ölkədə kənd təsərrüfatına dair məlumatların mövcud monitorinq sisteminin strukturu, məlumatların toplanması qaydası və onların keyfiyyətinin yoxlanılmasına hərtərəfli baxış daxildir.

Bundan əlavə, həmin mütəxəssis Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri ilə birgə adı çəkilən monitorinq sistemlərində nümunələrin seçilməsi və ölçülməsi metodologiyasını nəzərdən keçirəcək.
Bu missiya Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) tərəfindən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.

TAIEX tələb yönümlü alət olaraq Aİ ilə imzalanan əməkdaşlıq və ya assosiasiya sazişləri çərçivəsində milli qanunvericilik, normativ-hüquqi aktlar və keyfiyyət standartlarını Aİ-yə üzv ölkələrin qanunvericilik, normativ-hüquqi aktlar və keyfiyyət standartları ilə uyğunlaşdırmaqda tərəfdaş ölkələrə dəstək verir. Şərq Qonşuluğu regionunda TAIEX Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə əməkdaşlıq edir.