Avropa Mədəniyyəti

21 Iyun, Musiqi bayramı yenidən Bakının küçələrini fəth edir !

2019/06/20 / 130

Fransanın Azərbaycandakı SəfirliyiFransız İnstitutu, Goethe Institutu, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, YARAT Müasir İncəsənət Mərkəzi və OKİPROD ilə tərəfdaşlıqla,, 21 iyun saat 19.00-dan etibarən “Fête de la Musique - Azərbaycanda Musiqi Bayramı”nın yeni buraxılışına start veriləcək. Həmin axşam, Bakının küçələrindən canlı musiqi əksik olmayacaq !

Bütün musiqiçilər - həvəskar və ya peşəkarlar üçün açıq olan bu Fransız musiqi festivalı, janrların ierarxiyasını tətbiq etmədən, bütün müxtəlifliyi ilə musiqini qeyd edir. Yayın gəlməsi ilə birlikdə, bu festival küçələrdə, meydanlarda, ictimai parklarda, mədəniyyət mərkəzlərində musiqini bayram edir.