Müsabiqələr

2050-ci ilin Avropasını təsəvvür et!

2019/01/10 / 64

“Imagine Europe” hər kəsi (istənilən yaş və milliyyətdən) qısa yazı və video-xülasə formatında öz 2050-ci ilin Avropası baxışını təqdim etməyə dəvət edən müsabiqə ideyasıdır.

Tərədfaşlar

Müsabiqə bir sıra Avropa əməkdaşları tərəfindən təqdim olunmuş və ilkin maliyyələşməsini Avropa İttifaqının Erasmus+ proqramı sayəsində əldə etmişdir

Qaliblər

Ən azı 5 iştirakçı 500 € qazanacaq və Avropa qərarvericiləri və dəyişiklik yaradıcılarının iştirakı ilə keçiriləcək beynəlxalq seminara dəvət olunacaqlar (Səyahət, qalma və yaşama xərcləri qarşılanır). Beynəlxalq seminarın tarixləri qaliblərin uyğun vaxtlarına görə tənzimlənəcək

İştirak üçün son müraciət tarixi

28 Fevral 2018-ci il

Səsvermə

Qaliblər ictimaiyyət, jüri və onlayn səsvermə ilə müəyyən olunacaqlar. Onlayn səsvermə 20 %, Avropanın müxtəlif şəhərlərində keçiriləcək ictimai səsvermə 40 %, jüri səsverməsi isə 40 % əhəmiyyət kəsb edəcək.

Necə iştirak etmək olar?

“2050-ci ilin Avropasına baxışım” mövzusunda 500 sözə qədər xülasə hazırlamaq. Başlamadan öncə bizim “ipucular və fəndlər” bölməsini oxumaq. Xülasəniz istənilən dildə ola bilər. Seçdiyiniz dil ingilis dili deyilsə, lütfən, videonuza alt-yazı əlavə edin yaxud kömək üçün bizə müraciət edin!

Xülasənizi video-formatda hazırlayın. Ya özünüz kamera önünə keçə bilərsiniz, ya da digər şəxsdən xahiş edə bilərsiniz ki, video-xülasənizi canlandırsın, yaxud ideyanızın nümayişi üçün xülasənizin səsləndirməsini edə və başqa video metrajdan istifadə edə bilərsiniz. Videonuzun uzunluğu maksimum 3 dəqiqə ola bilər.

Xülasənizin yazılı və video formalarını www.imagineeurope.eu/participate keçidindən istifadə edərək təqdim edin. Əgər siz videonuza alt yazı əlavə etmisinizsə, lütfən, həm alt-yazılı, həm də alt-yazısız versiyaları göndərin!

İpucular & fəndlər

Ya 2050-ci il üçün gələcəyimizə ümumi baxışınızı təqdim edə, ya da aşağıdakı, daha dərindən təhlil etmək istədiyiniz mövzulardan birini seçə bilərsiniz:


▪ İnsanların qarşılıqlı əlaqəsi
▪ İqlim dəyişikliyi / ətraf mühitin mühafizəsi
▪ Təhsil
▪ Demokratiya
▪ Sağlamlıq
▪ Miqrasiya
▪ Sosial siyasət
▪ Süni zəka
▪ Genetika mühəndisliyi və s.

Xülasənizdə kitablardan istinad və sitatlar verməkdə sərbəstsiniz. Xülasənizlə bağlı kitablar oxumaq ideyanızı inkişaf etdirməkdə və xəyal sərhədlərinizi genişlətməkdə sizə yardımçı ola bilər! Tövsiyyələr üçün bizim kitabxanaya nəzər sala bilərsiniz. (Təbii ki, kitablardan verilən istinad və sitatlar xülasənizdə olduğu kimi təqdim olunmalıdır. Kimdənsə sitat gətirdiyinizi yaxud kiminsə ideyasını təqdim etdiyinizi xülasənizdə qeyd etməlisiniz.)

 

Bizim xülasə yazmaq bölməmizə nəzər yetirin; ipucular sizə kömək edə bilər ki, xülasəniz daha əminedici olsun.

Çəkiliş: Mümkün olan ən yaxşı nəticəni almaq üçün, lütfən, orta yaxın çərçivə planından istifadə edin.

Sonra nə baş verəcək?

Onlayn səsvermə 25 mart 2019-cu ildə başladılacaq (Tarix dəyişə bilər). Jürimiz xülasələrinizi mart ayının sonuna qədər dəyərləndirəcək. Xülasələr, 2019-cu ilin aprel-İyun ayları aralığında Avropanın müxtəlif şəhərlərində keçiriləcək yekun tədbirlərdə nümayiş olunacaq. Qaliblər 2019-cu ilin İyun ayının sonunda elan olunacaq və İyun 2019 tarixindən etibarən başlanacaq beynəlxalq seminara dəvət olunacaqlar. Qalib kimi, siz xülasənizi Avropanın qərarvericiləri, dəyişiklik ediciləri qarşısında nümayiş etdirməyə dəvət olunacaqsınız və ideyanızı onlarla debata çıxarmaq şansınız olacaqdır.

Bizim hüdud və şərtlərimizə buradan nəzər salabilərsiniz!

Hədəflər


“Imagine Europe”, bütün yaş qruplarından olan insanları aşağıdakı məsələlərə həvəsləndirməyi hədəfləyir:


• Avropa və dünya ictimaiyyətini ümdə narahat edən məsələlərin mümkün həllərinə təfsilat vermək;


• Avropa İttifaqının gələcək inkişafına töhfə vermək;


• İdeyaların güclü yollarla çatdırılması ilə artmaqda olan insan kütlələrinin Avropa ictimai sferasında iştirak etməyə ruhlandırmaq;

 


Bundan əlavə, “Imagine Europe” aşağıdakı məsələləri hədəfləyir:

 


• Avropa ictimai sferasının möhkəmlənməsinə töhfə vermək;


• Vətəndaşlar və qərarvericilər arasında əlaqəni möhkəmləndirmək;


• İştirakçıları öz sələflərinin mühüm nailiyyətlərindən agahlığı möhkəmləndirməyə və vacib Avropa, dünya ədəbiyyat nümunələrindən xəbərdar olmağa motivə etmək;


• Gənclərə öz yazı, natiqlik və təqdimat bacarıqlarını inkişaf etdirmək üçün imkan yaratmaq.

“Imagine Europe” Səfirləri

Müxtəlif Avropa ölkələrindən olan 50 nəfərlik gənc qrup öz icmalarında müsabiqənin təşviqatı ilə məşğul olacaq və onun hədəflərinin dəstəklənməsinə istiqamətlənəcəkələr.

Bizimlə qalın və abunə olun:

 

Göstərilən e-poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz: hello@imagineeurope.eu