page-cover

“The Travelers Club Baku” Avropanın ən şimal nöqtəsində!

238 Avropaya səyahət 2017/08/10

 10 avqust 2017-ci il tarixdə Landmark hotel və biznes  mərkəzində “The Travelers Club Baku”-un sayca üçüncü  görüşü təşkil etdi. Görüşün bu dəfəki qonağı öz yay tətilini  yer kürəsinin şimal qütbünə ən yaxın yerləşən yaşayış  mətəqəsi – Avropanın ən şimal nöqtəsi yerləşən Svalbard  adasına səyahət edərək keçirmiş Avropa İttifaqının  Azərbaycandakı nümayəndəliyinin rəhbərinin birinci müşaviri,  müvəqqəti işlər vəkili cənab Denis Danildiis olmuşdur.

Uzun illər planetdə yaşamaq üçün təbii şəraitin ən çətin olduğu coğrafi məkanlardan biri kimi tanınan, Şimal qütbündən cəmi bir neçə yüz kilometr uzaqlıqda yerləşən bu ada həmişə müxtəlif ölkələrdən səyyahları, tədqiqatçıları özünə cəlb etmişdir. Eləcə də qeyri adi bir səfər etmək arzusunda olan cənab Denis Danildiis adada tərk edilmiş yaşayış məntəqələri və kömür mədənləri, qütb ayıları və fiordlar haqda öz rəngarəng səfər xatirələrini gənclərlə bölüşmüşdür.

Tədbir zamanı Svalbard adaları haqqında sənədli film də nümayiş etdirildi.

Qeyd edək ki, əsas məqsədi dünyanın müxtəlif fərqli məkanlarına səyahət etmiş insanların təcrübəsini, səyahət təəsüratlarını böyük kütlə ilə bölüşmək olan ““The Travelers Club Baku” buna qədər artıq Boliviya və Qalapaqos adasına həsr olunmuş oxşar tədbirlər uğurla təşkil etmişdir.

Növbəti ekzotik məkanlara bizimlə xəyali səfər etmək və ya öz səfər təcrübənizi bizimlə bölüşmək üçün rəsmi səhifəmizi izləməyi unutmayın.

https://www.facebook.com/travellersclubbaku/