page-cover

Tanınmış sənədli film rejissorları və musiqiçilər Bakıda Masterklass keçəcək

289 Avropa Azərbaycanda 2017/10/06

12-20 oktyabr tarixlərində Avropa İttifaqının dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq "Daha yaxşı dünya xəyal et" şüarı altında "Imagine" Avropa Tolerantlıq Festivalı (Imagine Euro Tolerance Festival) keçiriləcəkdir. Festival çərçivəsində Azərbaycana Avropanın tanınmış sənədli film rejissorarının çəkdiyi filmlər, Avropa və Latın Amerikasından olan ekzotik musiqi ifaçıları, tolerantlıq və sülhə aid teatr tamaşaları hazırlayan sənətkarla səfər edəcəklər. Eyni zamanda Avropa sənədli film sənətini Azərbaycanın yaradıcı gəncləri və tələbələri ilə bölüşmək üçün tanınmış rejoissorların masterklasları təşkil olunacaqdır. Maraqlanan hər bir kəs masterklaslarda iştirak edə bilər. Masterklaslarda iştirak sərbəstdir.

Masterklasların cədvəli:

Belçikalı sənədli film rejissoru Xavier Solano: "Porque nos vamos" Texnika və stillər

13 oktyabr, saat 10.00-13.00

Perulu musiqiçi Karl Struyf: "Peru çaranqosu və Perunun müxtəlif musiqi ənənələri" 13 oktyabr, saat 11.00-13.00

Polşalı sənədli film rejissoru Wojciech Staron: "Sənədli hekayələr və hekayəli həqiqətlər. Kinematoqrafiya sənətinə dair düşüncələr"

16 oktyabr, saat 14.00-17.00

Polşalı sənədli film rejissoru Pawel Lozinski: "Sənədli filmlərin özünəməxsusluğu"

17 oktyabr, saat 10.00-13.00

Polşalı sənədli film rejissoru Pawel Lozinski: "Sənədli filmlərdə obrazlar"

     18 oktyabr, saat 15.00 - 18.00

Masterklaslarda iştirak etmək üçün sadəcə "linkdə"qeydiyyatdan keçmək kifayətdir.

Bütün masterklasslar "The Landmark Baku Hotel və Biznes Mərkəzi"-nin II binasında təşkil olunacaq.

Ünvan: Nizami küçəsi, 90A

Əlavə məlumat üçün: +994 55 405 30 50

İştirak etmək istəyən hər bir kəs dəvətlidir!