page-cover

Pippi uzuncorablı

71 Tədbirlər gündəliyi 2017/07/25

2016-cı il oktyabrın 30-da Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç uşaq ədəbiyyatının məşhur nümayəndəsi olan Astrid Lindqrenin (“Damda yaşayan Karlson”, “Emil Lonneberqdə” kitabları, “Roberin qızı Ronca” və.s kimi əsərlərin müəllifi) “Pippi uzuncorablı” tamaşasının premyerası keçirildi.

Bu tamaşa Dövlət Gənc Tamaşaçılar Teatrı, İsveçin Azərbaycandakı Səfirliyi və Azercell arasındakı beynəlxalq layihənin nəticəsidir. İlk dəfədir ki, “Pippi” Azərbaycan dilində canlandırılır. Tamaşadan qabaq ilin əvvəlində İsveç səfirliyi, Azercell və Azərbaycan Respublikasının Qaçqın və Məcburi Köçkün məsələləri ilə bağlı Dövlət Komitəsinin birgə kitab layihəsi hazırlanmışdır. Bu layihə vasitəsilə Astrid Lindqrenin doqquz kitabı Azərbaycan dilinə tərcümə olunmuş və ölkə ərazisindəki 610 qaçqın və məcburi köçkün məktəblərinin kitabxanalarına bağışlanmışdır. Bu birgə layihələrdən əvvəl Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarına daxil olan “Damda yaşayan Karlson”-dan başqa Astrid Lindqrenin heç bir əsərini Azərbaycan dilində əldə etmək mümkün deyildi.

Astrid Lindqrenin teatr tamaşasının ruhunu daha yaxşı çatdırmaq üçün Səfirlik isveçli məşhur teatr direktoru cənab Roni Danielsonu Dövlət Gənc Tamaşaçılar Teatr heyətinə məsləhət verməsi üçün bu işə cəlb etdi və o, burada tamaşa aktyorları ilə işləyərək hazırlıqlarda çox fəal iştirak etdi. Danielson Bakıya iki dəfə səfər edib və bu səfərlər Azercell-in İsveçdəki əsas şirkəti olan Telia tərəfindən təşkil olunub.

Astrid Lindqrenin əsərlərini geniş Azərbaycan kütləsinə çatdırmaqda layihə əməkdaşları hər bir uşağın xüsusiliyi və toxunulmazlığını vurğulamağa çalışdılar. Əslində, dünyadakı digər ölkələrin vətəndaşları kimi Azərbaycan və isveçlilər üçün də uşaqlar həyatda ən böyük sevinc qaynaqlarıdır. Astrid Lindqrenin ədəbi irsində əsl uşaq yaradıcılığı xüsusi işlənib.

Bunun qarşılığı olaraq, Səfirlik Azərbaycan uşaq ədəbiyyatı nümunələrini daha geniş kütləyə çatdırmağa köməklik göstərir, məsələn, Azərbaycan şirkətləriniən yaxşı beynəlxalq uşaq ədəbiyyatı mükafatı olan “Astrid Lindqren Xatirə mükafatı”na layiq şirkətlər kimi təqdim edir.

“Pippi uzuncorablı” Dövlət Gənc Tamaşaçılar Teatrının İncəsənət Şurasının qərarı ilə teatrın repertuarına daxil edilib və 2016-cı ilin oktyabrından etibarən iki həftədə bir səhnələşdiriləcək.