Imagine Avropa Tolerantlıq Festivalı - 12-20 Oktyabr, 2017 - Azərbaycan, Bakı

1218 Avropa Azərbaycanda 2017/08/09


Roma Müqaviləsinin 60 illik yubileyi münasibəti ilə Avropa Birliyinin Azərbaycandakı Nümayəndə heyəti United Cultures ilə birgə əməkdaşlıq çərçivəsində özündə mədəniyyətlərarası dialoq və tolerantlıq kimi dəyərləri əks etdirən birinci Imagine Avropa Tolerantlıq festivalını təşkil edir.

Imagine Avropa Tolerantlıq Festivalı 2017-ci il, oktyabr ayının 12-dən 20-ə qədər Bakıda keçiriləcək və bir çox müxtəlif tədbirləri özündə birləşdirəcək : musiqi tamaşaları, debatlar və müzakirələr, film nümayişləri, foto və video müsabiqəsi, incəsənət sərgiləri və s.

Kino bölməsi xüsusi aktuallığa malikdir. Tolerantlıq və müxtəliflik mövzusunu özündə əks etdirən 15 Avropa sənədli filmi DokuBaku Beynəlxalq Sənədli film Festivalı çərçivəsində təqdim olunacaq. DokuBaku Beynəlxalq Film Festivalı dünyanın hər yerindən seçilmiş məşhur sənədli və reallığa əsaslanan filmləri Azərbaycan tamaşaçılarına nümayiş etdirəcək. İlk dəfə keçiriləcək olan Festivalın əsas mövzusu sosial və mədəni məsələlərə qarşı yeni yanaşmanı araşdıran Reallığın Yoxlanılmasıdır.

Imagine və DokuBaku -nun birgə əməkdaşlığı qeyri-adi tədbirə həyat verir və Bakının müasir, tarixi kino zallarında və kafelərində dünyanın 20 ölkəsindən olan 30-dan cox filmi izləmək imkanı verir.

Əlavə olaraq, Azərbaycan tamaşaçılarını sənədli film janrına marağını artırmaq üçün, Festival yerli film istehsalçılarını sənədli film istehsalına və nümayişinə cəlb edir və bu işdə onlara öz dəstəyini əsirgəmir. Film nümayişi yerli və beynəlxalq kino mütəxəssislərinin iştirak etdiyi və müxtəlif sosial mövzuların müzakirə olunduğu debatlar və müzakirələrlə tamamlanır.

Imagine və DokuBaku yerli aktyor və film istehsalçılarına bu festivalda iştirak etmək imkanı verir. Xəyal et tolerantlıq mövzusunda foto/ video müsabiqəsi keçirir, DokuBaku isə öz müsabiqə proqramı üçün ölkədə və xaricdə yaşayan Azərbaycanlı rejissorlar tərəfindən çəkilən qisa metrajlı sənədli filmlərin qəbulu üçün çağırış elan edir.

Təşəbbüs LandMark Hotel, Park Cinema, Baku Media Center tərəfindən dəstəklənir.