page-cover

GƏLƏCƏYİN ÜÇÜN CƏHD ET”

27 Müsabiqələr 2017/10/10

“GƏLƏCƏYİN ÜÇÜN CƏHD ET”

“Cavanların öz arzu və istəkləri var. Onların optimist olmağına və yaradıcılığına məhdudiyyət qoya biləcək yalnız səma ola bilər.” Lakin, bizim iş fəaliyyətimizə təsir göstərən yeni texnologiyalar ilə dünya çox sürətli olaraq dəyişir, gənc nəsil üçün gələcək getdikcə dahada qeyri-müəyyən olur. Gələcəyin iş həyatı necə inkişaf edəcək və bu qeyri-müəyyən gələcəkdə cavanların hansı arzu və istəkləri olacaq?

2017-ci il Beynəlxalq Gənclər Günü münasibəti ilə, Avropa İttifaqı və OECD İnkişaf Mərkəzi, Gənclərin İnklüziv layihəsi çərçivəsində işinizin gələcəyinə dair fikirlərinizi güclü bir şəkil vasitəsilə paylaşmağa dəvət edir. Sizcə iş fəaliyyətinin gələcəyi necə olacaq və özünüzü nə ilə məşğul olduğunuzu görürsünüz? Müsabiqənin məqsədi bütün dünyada gənclərin istəklərinin müxtəlifliyini əldə etməkdir.

KİM İŞTİRAK EDƏ BİLƏR VƏ NECƏ?

Hər hansı bir ölkədən 18 - 30 yaş arası gənclər iştirak edə bilərlər. İştirakçılar Dev.YouthInclusion@oecd.org elektron poçt vasitəsilə ən çox üç fotoşəkil təqdim edə bilərlər. Bütün qeydlər aşağıdakı Qeydiyyat Formasını daxil etməlidir. (http://www.oecd.org/dev/inclusivesocietiesanddevelopment/registration-form.pdf ).

Fotoşəkillər münsiflər heyyəti tərəfindən qiymətləndiriləcək və iki ən yaxşı şəkil seçəcəklər. Qaliblər Fransanın Paris şəhərində Avropa İttifaqı -OECD İnkişaf Mərkəzinin Gənclərin İnkişafı Layihəsinin yekun beynəlxalq konfransında iştirak etmək imkanı əldə edəcəklər. Bundan əlavə, qalib gələn fotoşəkillər OECD İnkişaf Mərkəzinin internet səhifəsində onlayn bir sərgidə nümayiş olunacaq.

DAHA ƏTRAFLI…

Müəlliflər: Roberto Ghizzoni,Punhan Sultanov