Bakıda Rumın xalq musiqisi

24 Tədbirlər gündəliyi 2017/07/19


Beynəlxalq Muğam Mərkəzi “Etnik musiqi inciləri” (“Pearls of Ethno music”) adlı yeni bir layihə təqdim edir. Bu layihəyə çərçivəsində iyunun 17-də Mərkəzin səhnəsində rumın musiqisi səsləndiriləcək. Bu konsert Azərbaycan və Rumıniya arasındakı diplomatik əlaqələrin 25 illiyinə həsr olunacaq. Bu iki ölkə arasındakı diplomatik əlaqələr ilk dəfə 1992-ci il iyunun 19-da başlayıb. 

Azərbaycan hər zaman Rumıniya üçün stratejik əməkdaş olub və ölkələr arasındakı əlaqələr bütün sahələrdə tədricən və güclü şəkildə inkişaf edir. Məsələn, Rumıniya və Azərbaycan arasında mədəni əlaqələr gündən-günə inkişaf edir və bu, ölkələrarası qarşılıqlı əlaqələrin daha da yaxınlaşmasına gətirib çıxarır. Qarşılıqlı əlaqələrin ən bariz nümunəsi isə Bakıda keçiriləcək Rumıniya xalq musiqisi konsertidir. Bu tədbirdə həm Azərbaycanın, həm də Rumıniyanın tanınmış incəsənət xadimlərinin iştirakı gözlənilir, onların arasında Daniel Pop və Doina Lavrik kimi məşhur musiqiçilər də olacaq. 

Doina Lavrik Pargel əslən Şimali Rumıniyanın möcüzəli bir bölgəsi olan Lisna-Dorohoyludur. Onun repertuarına özünün illərdən bəri yığdığı mahnıların qarışığı, hekayələr və qədim balladalar daxildir. Bəzən o, öz ifasını udla müşayiət edir. Lakin Doinanın ən güclü aləti dinləyiciləri dünyanın ayrı-ayrı yerlərindəki əcdadlarını, əsli-kökünü düşünməyə vadar edən dərin və billur səsidir. Doina Lavrik, adətən, rumın kəndlilərinin öz qəm-kədərini azaltmaq üçün oxuduğu məşhur mahnılar ifa edir, çünki bu mahnıların rahatlaşdırıcı gücə malik olduğuna inanır. O, həmçinin sevgi mahnıları və sevgidən müqəddəs bir hiss kimi bəhs edən həzin melodiyalar da səsləndirir. Doinanın mahnıları Vyana, Stokholm, Şanxay, Varşava, Bazel, Moreliya və Santyaqo-de- Kompostela kimi şəhərlərdə tamaşaçılara çatdırılır. Daniel Pop isə fleyta, zurna və gayda kimi musiqi alətlərində ifa etməyi bacaran rumın musiqiçisidir. Onun repertuarına oriental çalarları olan XIX əsr rumın mahnıları daxildir. O, müasir və qədim musiqi parçalarının qarışığı ilə yanaşı, qədim musiqinin özü ilə də maraqlanır. 

Daniel Pop Rumıniyanın məşhur musiqi qrupu olan Trei Paraledə (Three Dimes) də çıxış edir. Bu musiqi qrupu ilə o, Oskar mükafatı almış rumın filmi olan “Aferim”-in musiqisini lentə yazdı. Konsert biletlərini şəhərin kassalarından, ASAN Xidmət Mərkəzlərindən və iticket.az saytı vasitəsilə əldə edə bilərsiniz.