page-cover

Avropa Mədəni İrs ili 2018

153 Avropa Mədəniyyəti 2017/08/15

Heç yerdə görülməmiş, tayı bərabəri olmayan tədbirlərin və bayramların keçiriləcəyi Avropa Mədəni İrs ili 2018-də siz də bizə qoşulun.

Mədəni irs bizim həyatımızın və cəmiyyətimizin əsasını, özəyini təşkil edir. O bizi yaşadığımız şəhərlərin, kəndlərin binalarında öz əhatəsinə alır və təbiət landşaftında, arxeoloji abidələrdə özünü büruzə verir.

Mədəni irs yalnız ədəbiyyatdan, incəsənətdən və ya hər hansı bir obyektdən ibarət deyil, o eyni zamanda bizim öyrəndiyimiz anlayışlardan, danışdığımız hekayələrdən, yediyimiz yeməklərdən, izlədiyimiz filmlərdən də təşkil olunur.

Mədəni irs cəmiyyəti bir araya toplayır və yaşadığımız yer haqqında ümümi bir anlayış formalaşdırır.

Müasir rəqəmsal dünya da həmçinin, bizim mədəni irsimizə qovuşmaq vasitələrini dəyişdirir.

Bizi nə gözləyir?

2018-ci il Avropanın hər yerindən mədəni irs ilə maraqlanan və buna cəlb olunan insanları bir araya toplamaq üçün həyata keçirilən təşəbbüs və fəaliyyətlərin şahidi olacaq.

2017-ci ilin dekabr ayından etibarən, hər iki aydan bir bununla bağlı bülletenlər göndəriləcək.

İlin hədəfi.

Avropa Mədəni İrs ilinin əsas məqsədləri:

Avropanın zəngin və müxtəlif mədəni irsinin insanlar tərəfindən kəşf olunması üçün şərait yaratmaq

Onun unikallığını başa düşmək, qorumaq və bununla fəxr etmək

Mədəni irsin bizim bütün həyatımızı əhatə etdiyini əks etdirmək

Avropa Mədəni irsi biz üçün keçmişi başa düşməyə və gələcəyimizə inamla baxmağa imkan yaradır.

2018-ci ildə mədəni irs amilini xüsusi ilə vurğulayaraq, biz bir sıra məsələlərə toxunmaq istəyirik :

Mədəni irs necə daha möhkəm bir cəmiyyət formalaşdıra bilər

O necə iş və inkişaf üçün yeni imkanlar yarada bilər

O bütün dünyada insalararası münasibətdə nə dərəcədə əhəmiyyətə malikdir

Onun qorunması üçün nə edə bilərik