page-cover

Aİ-na gedən yollar.

148 Avropaya səyahət 2017/07/19


Əgər Avropaya səyahət etməyi planlaşdırırsınızsa, seçim imkanlarınız çox genişdir. Londonun zərifliyi, Parisin dəbdəbəsi, Milan, Barselonanın canlı mədəniyyəti, Amsterdam, Şimali Avropanın nəfəskəsici mənzərəsi... beləliklə, Avropaya səyahət planının qurulmasına gəlincə, bunu əvvəlcədən təşkil etmək zəruridir. Sevindirici haldır ki, Avropaya səyahətin bir neçə üsulu var. Bəzi insanlar Avropaya uçuş üçün daha ucuz qiymətlər axtarışındadırlar, lakin bu sabit və baha ola bilər, xüsusilə də bir çox istiqamətlərdə hərəkət edən insanlar üçün. Beləliklə, Avropaya səyahət etməyin ən yaxşı yolu Eurolines avtobuslarıdır, çünki ucuz qiymətlər məhdud büdcəli insanların da səyahət etməsinə şərait yaradır. Avropanı avtobusdan izləmək sizə digər nəqliyyat vasitələrinin vermədiyi azadlığı və rahatlığı verəcək. Bundan başqa, Eurolines avtobusları Avropanın bütün böyük şəhərlərinə səfər edir. Bizim münasib cədvəllərimiz sizin Avropa turunuzu xoş və stressiz xatirəyə çevirəcək. Eurolines vasitəsilə əlaqələndirilən ölkələr sırasına daxildir: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Danimarka, Estoniya, Fransa, İrlandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, Latviya, Litva, Macarıstan, Serbiya, Slovakiya, Xorvatiya.


Indi isə sizə ən yaxşı xidmət təklif edən bəzi avtobus şirkətləri haqqında qısa məlumat verək:

FLIXBUS

Avropanın bir çox istiqamətlərinə uzun məsafəli xidmət təklif edən Almaniya avtobus şirkətidir. Avtobusun içində internet, elektrik yuvası və ayaq yolu var. Biletin qiymətinə 2 baqaj və 1 əl yükü daxildir. İlin müxtəlif zamanlarında, Flixbus müxtəlif istiqamətlərdə 1 avroya biletlər təklif edir. Flixbus-un telefonlar üçün avtobusunuzu cəld və rahat sifariş edə biləcəyiniz, biletinizi çap etməyə ehtiyac qalmadan birbaşa göstərə biləcəyiniz və ən yaxın avtobus dayanacağını tapa biləcəyiniz proqram versiyası da var. Flixbus münasib qiymətə avtobusla Avropanı kəşf etməyə imkan verən bilet proqramından ilham alaraq İnterFlix və İnterrail-in əsasını qoydu.


EUROLINE

EUROLINES Avropada öndəgedən avtobus nəqliyyatı şirkətidir.

EUROLINES bir çox istiqamətlərə münasib qiymətlər təklif edir. 26 yaşından aşağı hər kəs 15%-dən başlayan endirim imkanları verən şəxsi endirim kartı əldə edə bilər.


OUIBUS

Fransa və Avropanın 170-dən çox istiqamətinə uzun məsafəli avtobus xidməti təklik edən fransız şirkətidir. Avtobuslar hava tənzimləyicisi, pulsuz internet, elektrik yuvası və açılıb-yığılan oturacaqlarla təchiz olunub.


NATIONAL EXPRESS

Britaniyada dəmiryol nəliyyatı qiymətləri bir qədər bahadır, ona görə də avtobusdan istifadə bütün ölkə ərazisində geniş yayılıb. National Express İngiltərə, Şotlandiya, Uels və eləcə də Avropada 450 istiqamətdə hərəkət edən geniş avtobus şəbəkəsi təklif edir. Biletləri online əldə edə bilərsiniz.


ALSA

ALSA İspaniya daxilində və İspaniyadan İtaliya da daxil olmaqla bir çox Avropa ölkələrinə avtobus səyahəti təklif edən ispan şirkətidir. Biletləri online əldə edə bilərsiniz.